Ana Sayfa > Siyasət > Minsk qrupuna daxil olan bütün dövlətlərin iştirakı ilə geniş iclasın keçirilməsinə ehtiyac var -
Minsk qrupuna daxil olan bütün dövlətlərin iştirakı ilə geniş iclasın keçirilməsinə ehtiyac var -21-07-2020, 12:15. Yazar: sevinc1 |
ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı onu deməliyəm ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imitasiya xarakteri daşıyan danışıqlarda iştirak etmək fikrində deyil. Trend-in məlumatlna görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. H.Hacıyev bildirib ki, danışıqlar Minsk qrupunun mandatına uyğun çərçivədə aparılmalıdır. O qeyd edib ki, Minsk qrupunun mandatı beynəlxalq prinsipləri, Helsinki Yekun Aktını, BMT-nin qətnamələrini əsas tutaraq danışıqları aparmaqdır. H.Hacıyev qeyd edib ki, Azərbaycan tərəfi gözləyir ki, Minsk qrupunun həmsədrləri öz səylərini artırsınlar və danışıqlar daha intensiv aparılsın. O əlavə edib ki, Minsk qrupu prosesində 11 dövət iştirak edir və bu dövlətlərin hər birinin iştirakı ilə geniş iclasın keçirilməsinə ehtiyac var. aia.az Geri dön |