Mobil versiya
Formula 1-i bu ölkədə canlı izləmək olacaq
Tarix: 11-07-2020 | Saat: 16:02
Bölmə:Karusel | çapa göndər

Formula 1-i bu ölkədə canlı izləmək olacaq



Formula 1 üzrə Rusiya Qran-Prisinin təşkilatçıları Soçi avtodromunda təşkil olunacaq yarışları tamaşaçıların iştirakı ilə keçirmək niyyətində olduqlarını açıqlayıblar.

AİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya mərhələsinin promouteri Aleksey Titov məlumat verib. O bildirib ki, bu yarış hazırkı mövsümdə tamaşaçıların canlı izləyəcə biləcəkləri ilk Qran-Pri olacaq. A.Titov Rusiya Federasiyası Hökumətinin və Formula 1 rəhbərliyinin birgə səyi nəticəsində Qran-Prinin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlərin həyata keçirildiyini də vurğulayıb.

Qeyd edək ki, Formula 1 rəhbərliyi Rusiya Qran-Prisinin sentyabrın 25-27-də keçiriləcəyini təsdiqləyib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024