Koronavirusa yoluxma ehtimalı olan şəxslərdən testlər evlərdə götürüləcək - RƏSMİ
Tarix: 30-06-2020 | Saat: 15:12
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Koronavirus xəstəliyi ehtimalı olan şəxslərin müayinəsi və test nümunəsinin götürülməsi üçün tibbi briqadalar evlərə gələcək.
Trend-in məlumatına görə, bunu COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov deyib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən təqdim olunan tövsiyələrə uyğun olaraq, vətəndaşlar COVİD-19-la bağlı yaşadıqları ünvana uyğun olaraq, müvafiq poliklinikarla əlaqə saxlayacaq. Poliklinikanın mütəxəssisləri tərəfindən vətəndaşın vəziyyəti ilkin olaraq qiymətləndiriləcək və COVİD-19-a dəlalət edən şikayət, simptom və ya yoluxma riskini artıran digər faktorlar (məs., təmas) dəyərləndiriləcək. Tibb işçisinin qərarı əsasında yoluxma riski olan və ya koronavirus xəstəliyi ehtimalı olan şəxslərin müayinəsi və PZR testinin aparılması üçün poliklinikaların tibbi briqadaları evlərə səfər ediləcək və testlər üçün nümunələr məhz orada götürüləcək.
Qeyd edək ki, bəzi şəxslər COVİD-19-a görə test nümunəsinin götürülməsi üçün poliklinikalara çağırılmasından narazılıq edirdi.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər