Mobil versiya
Sabiq Baş həkim TƏBİB-i məhkəməyə verib?
Tarix: 30-06-2020 | Saat: 13:07
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

Sabiq Baş həkim TƏBİB-i məhkəməyə verib?



Cəlilabad rayon Mərkəzi Xəstəxanasının Baş həkimi İlham Əliyevin fevral ayında işdən uzaqlaşdırılması rayonda birmənalı qarşılanmayıb.

Moderator.az xəbər verir ki, uzun illər Mərkəzi Xəstəxanaya rəhbərlik edən İ.Əliyev keçmiş Əmlak Komitəsi sədri Kərəm Həsənova yaxınlığı ilə tanınır. Onun qəfil işdən uzaqlaşdırılması və yerinə kardioloq Elnur Azadxanovun təyin edilməsi hələ də müzakirə olunur. Onunla bir yerdə işləyən həkimlər bildirir ki, İ.Əliyevin vaxtında xəstəxanada doğuş zamanı ölüm halları daha çox müşahidə olunsa da, o, bütün bu kimi hadisələri yoluna qoymağı bacarıb. Məsələn, xəstə yaxınlarıyla görüşüb onlarla barışmağa müvəffəq olub. İkinci bir məsələ isə onun Cəlilabadın keçmiş icra başçısı Əziz Əzizova daha çox xeyir verməsidir. Bildirilir ki, İ.Əliyev Ə.Əzizova istədiyi qədər rüşvət veririmiş. Bununla yanaşı, İ.Əliyev haqqında mətbuatda da şikayət xarakterli yazılar həmişə yazılıb. Amma İ.Əliyev bunların heç birisinə əhəmiyyət verməyib.

Bu dəfə isə Mərkəzi Xəstəxanaya Baş həkim təyin olunan E.Azadxanovun apardığı yerdəyişmələr və xəstələrlə kobud davranışından sonra hamı İ.Əliyevin ölənlərinə rəhmət oxuyur. Tibb işçiləri E.Azadxanovun onlara barmaq silkələdiyini və hədələdiyini bildirir. İ.Əliyev isə işdən çıxarılmasını haqsız saydığı üçün Cəlilabad rayon Məhkəməsinə müraciət edib. Cəlilabad məhkəməsindən saytımıza bildirilib ki, İ.Əliyev işinə qayıtmaq üçün məhkəmədə iddia qaldırıb.

Məsələylə bağlı Moderator.az-ın əməkdaşı İ.Əliyevlə əlaqə saxlayıb. Sabiq Baş həkim saytımıza açıqlamasında məhkəməyə müraciət etmədiyini və hazırda işsiz olduğunu bildirib.

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Cəlilabad Mərkəzi Xəstəxanasında Baş həkim təyin edilməsindən sonra E.Azadxanov birinci həmlədə uzun zamandır ki, konfilikti olduğu reanimasiyanın şöbə müdiri Şəmsəddin Bünyatovu vəzifəsindən azad edib. Bundan sonra o, xəstəxanada Təcili Tibbi yardım maşını sürücüsü Sücayyət Hümbətovu da işdən çıxarıb. Daha sonra isə yerdəyişmələr edərək vəzifəyə öz adamlarını təyin etməyə başlayıb. Bütün bunlar səbəbindən E.Azadxanovdan dövlət qurumlarına kifayət qədər şikayət xarakterli məktublar göndərilməkdədir. Rayonda xəstədən tutmuş, tibb işçisinə kimi hamı E.Azadxanovun fəaliyyətindən narazıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024