Mobil versiya
Nazir müavini: Simptomsuz xəstələrin evdə müalicəsinə başlanılıb
Tarix: 24-06-2020 | Saat: 11:50
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər

Nazir müavini:



Artıq COVİD-19-a yoluxan simptomsuz xəstələrin ev şəraitində müalicəsinə başlanılıb.

Bunu Trend-ə Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Onun sözlərinə görə, həmin xəstələrə ərazi poliklinikaları tərəfindən nəzarət edilir:

"Simptomsuz olan xəstələr evdə müalicələrini davam etdirirlər. Onlara ərazi poliklinikaları tərəfindən nəzarət edilir və 12 saatdan bir telefonla xəstələrə sorğular göndərilir".

Xatırladaq ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində artıq poliklinika həkimlərinin simptomları zəif olan xəstələrin müalicəsi ilə məşğul olacağını söyləmişdi.

O qeyd etmişdi ki, bunun üçün beynəlxalq təcrübə əsasında hazırlanan mobil tətbiq əlavəsindən istifadə ediləcək. “E-təbib” adlanan bu mobil tətbiq əlavəsi vasitəsilə evdə müalicə alan xəstələr müşahidə altında saxlanılacaq:

“Onların evi tərk etməməsi üçün müvafiq qurumlar tərəfindən nəzarət tədbirləri həyata keçiriləcək. Burada 14 günlük karantinin olması, belə xəstələrin təlimatlara əməl etməsi vacibdir. Poliknikada çalışan həkimlər 12 saatdan bir ev telefonu vasitəsilə xəstələrin səhhəti ilə bağlı sorğular göndərəcək və bu məlumat elektron sistemə daxil ediləcək. Bunun əsasında pasiyentin müalicəsini evdə və ya xəstəxanada davam etdirməsi barədə qərar qəbul ediləcək”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024