Mobil versiya
Alimlər öskürək siroplarının koronavirusa təhlükələri barədə xəbərdarlıq etdilər
Tarix: 15-06-2020 | Saat: 15:38
Bölmə:Media | çapa göndər

Alimlər öskürək siroplarının koronavirusa təhlükələri barədə xəbərdarlıq etdilər



Beynəlxalq alimlər qrupu çox sayda öskürək və soyuqdəymə dərmanlarında tapılan ortaq komponentin koronavirusa zərərli ola biləcəyini müəyyən edib.

AİA.Az oxu.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, dekstrometorfan SARS-CoV-2 patogen mikroorqanizmlərinin çoxalmasına səbəb ola bilər.

Tədqiqatçılar Afrikanın yaşıl meymunlarının hüceyrələri üzərində təcrübə aparıblar. Dərmanlara reaksiyada oxşarlıq müşahidə edilib.

Dekstrometorfanın virusa yoluxan heyvan hüceyrələrinə daxil olması ilə SARS-CoV-2-nin böyümə sürətinin artdığı məlum olub.

İstehsalçılar beyində öskürək refleksinə səbəb olan siqnalların təzyiqini azaltmaq üçün dekstrometorfandan istifadə edirlər. Bununla birlikdə, mütəxəssislər bu tərkib hissəsinin təsdiqlənmiş koronavirus xəstələrinə təsiri ilə bağlı əlavə tədqiqatların aparılmasının vacibliyi barədə xəbərdarlıq edirlər.

Daha əvvəl Stenford alimləri hepatit B-nin müalicəsində istifadə olunan dərmanın koronavirusun yüngül formasında müalicə üçün istifadə edilə biləcəyini qeyd ediblər. Bunun xəstələrin immunitet sistemini gücləndirməsinə kömək edəcəyi gözlənilir.

Yaxın gələcəkdə onun klinik sınaqlarının keçirilməsi planlaşdırılır. Dərmanın tərkibində respirator xəstəliklərin müalicəsində infeksiyanın ətrafında immuniteti "hərəkətləndirən" təbii zülalın süni forması var.

Bu dərman sayəsində alimlər sağalma sürətini artırmağa və virusun yayılmasını azaltmağa ümid edirlər.

AİA.Az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə