"Həkimlərimiz sizə görə ölür!" - TƏBİB rəsmisi
Tarix: 15-06-2020 | Saat: 13:31
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
"Artıq həqiqətən dözmürəm. Bəsdir məsuliyyətsizlik etdiniz! Kanallardan birindən zəng ediblər, deyirlər ki, müxbirimiz 4-5 gündür yüksək qızdırma ilə işə gəlib-gedir. Deyirəm, niyə 103-ə məlumat vermir? Niyə gəzir ortalarda? Deyilir ki, karantində işləmək üçün ancaq onun adı verilib axı... Bu nə eqoistlikdir axı?".
AİA.Az-ın məlumatına görə, bunu mətbuat katibi Rəvanə Əliyeva özünün "Facebook" səhifəsində yazıb.
Qurum rəsmisinin sözlərinə görə, bir neçə gün öncə testinin nəticəsi pozitiv çıxan xəstənin güclə həyat yoldaşı və oğlundan da analiz götürülüb. Daha sonra onlara övladlarının test nəticəsinin pozitiv olması barədə məlumat verilib. "Beşinci gün zəng vurmuşam ki, oğlunda pozitivdir. Deyir ki, heç nəyi yoxdur e onun, yığışıb uşaqlarla rayona çıxdılar. Niyə belə eqoistik? Niyə camaatın uşağına keçirməlidir axı xəstəlik? Bəlkə aralarında hansısa yanaşı xəstəliyi olan var? Bəlkə qaldıra bilməyəcək və kiminsə ölümünə səbəb olacaqsız? Elə bir-birinə qoşulub gedənlərdə də günah var. Sabah mənimlə yoldaş olub uzaq yola bir maşında çıxırsız, nə bilirsiniz mən daşıyıcı, xəstə deyiləm? Niyə hər kəs məsuliyyətini dərk etmir?.
İndicə bir kanaldan zəng ediblər. Deyir bacım tibb bacısıdır, 3 gündür qızdırmalıdır, rentgen edib pnevmoniyası var özünə sistem qoşur, müalicə edir evdə, amma ağırlaşıb xahiş edirəm kömək edin. Dəfələrlə demişik ki, evdə müalicəyə qalxmayın! Ağırlaşıb gəlirsiniz, sonu pis nəticələnir, yenə də günahkar həkimlər olur".
R.Əliyeva dəfələrlə qaydalara riayət edilməsi barədə xəbərdarlıq edildiyini də xatırladıb. Onun sözlərinə görə, heç bir qabaqcıl ölkələrin səhiyyəsi belə bu pandemiyaya tab gətirmir. İtaliya, İspaniya kimi ölkələr ilk gündən başlı-başına buraxdı, Rusiyada ilk günlər idi hələ, xəstəxanadan oksigen balonunu əlinə verib evə yola salınanlar olmuşdu. Bizdə isə simptomsuzlar belə dövlət tərəfindən nəzarətə götürülüb izolyasiya edilirdi.
""İnanmıram" deyənlər çoxdur dostluğumda, ələ salanlar da eləcə... Lap yaxınlarımdan da bunu yazanlar var.. Bizim gecəmiz-gündüzümüz, istirahətimiz yoxdur sizin kimi məsuliyyəti olmayan eqoistlərə görə. Bu müddətdə o qədər "inanmıram" deyib, sonra hansısa yaxını üçün yalvaranlar oldu ki... Testin nəticəsi hələ bəlli olmadan "xahiş edirəm, yerləşdirin xəstəxanaya" deyənlər... Mütləq özümüzə çatanda inanmalıyıq?! Mən istəmirəm sizin kimi məsuliyyətini dərk etməyən vətəndaşlara görə mənim əzizlərimə gəlib çatsın bu virus. Yuxarıda sadaladığım halların hər birinin əsasında heç nə vecinə olmayan xəstəliyi yayan insanın məsuliyyətsizliyi durur. Kimlərsə "inanmıram" deyərək sahibi olduğu restoranının, kafesinin durumunu qurtarmaqçün insanları inanmamağa səsləyən postlar paylaşırsa, bu eqoistlikdir. Yazıb ələ saldığınız, insanları yalanlarınıza inandırmaq istədiyiniz məsələlərin hər birinə cavabım var, amma sizlərlə burada söz güləşdirməkdənsə 1 dəqiqə belə vaxt itirmədən ölümlə savaşan insanlara kömək etməyi üstün tuturam. Bircə şey deyim, nəyəsə həqiqətən inanmırsınızsa, inancınızı özünüzdə saxlayın, bilib-bilmədən hər şeydən mütəxəssis kimi danışmayın, heç də yaxşı görünmürsünüz.
Yenə deyirəm, bu rejimdə gecə-gündüz işləməyə ilin sonuna qədər razıyam, təki əzizlərimə bir zərər dəymədən qurtulaq bu bəladan. Nə bu rejimdə işlədiyimə görə artıq pul almıram, nə də hər "koronavirus xəstəsi" tapılanda. Bəli, mən qorxuram, koronavirusdan qorxuram, özümə görə yox, yaxınlarıma görə qorxuram. Siz də bir zəhmət, inanmasanız belə, maska taxaraq, məsafə gözləyərək, işiniz olmayanda küçəyə çıxmayaraq inanmayın. Sizin həftəsonu istirahətinizə görə insanların sağlamlığı təhlükəyə düşməli deyil! Ən əsası, həkimlərimiz ölür sizə görə!!!"
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024