Siyasətimizin Heydər Əliyev zirvəsi
Tarix: 12-06-2020 | Saat: 12:53
Bölmə:Manşet / Təhsil | çapa göndər
Bəşər tarixinin təsnifatını apardıqda belə bir həqiqət ortaya çıxır ki, XX yüzillikdə şəxsiyyət böyüklüyünün zirvəsinə yüksələrək böyük tarixi missiyanı yerinə yetirmək qüdrətinə nail olan dahilər arasında Heydər Əliyevin öz yeri, öz dəsti-xətti vardır. Ötən əsrin nadir şəxsiyyətlərindən biri olan Ulu öndər siyasət dünyasında lider kimi formalaşmış və dahi insanlara məxsus olan bütün xüsusiyyətlər – istedad, böyk təşkilatçılıq qabiliyyəti, dəmir iradə, səbr və uzaqgörənlik, xeyrxahlıq və səmimiyyət kimi keyfiyyətlər onun varlığında cəmləşmişdir.
Xalqı və vətəni üçün misilsiz xidmətlərinə görə Heydər Əliyev dünya səviyyəli dövlət xadimləri - Corc Vaşinqton, Mustafa Kamal Atatürklə bir sırada durur. Bu siyasi xadimlərin həyat yolu, əməlləri tarixin yaddaşına ona görə əbədi həkk olunub ki, mənsub olduqları xalqların ağır problemlərini həll edə biliblər.
Heydər Əliyev ilk dəfə 1969-cu ilin iyulun 14-də, ikinci dəfə isə 1993-cü ilin iyunun 15-də Azərbaycan rəhbərliyinə gəlib. Birinci şəxs olana qədər o, Dövlət təhlükəsizlik orqanında adi işçidən bu qurumun başçısına qədər yüksəlmişdi. Təbii ki, təhlükəsizlik orqanlarında onun fəaliyyətinin geniş spektri yeni vəzifədə köməyinə gəldi. Azərbaycan Kommunist Partiyasının 46 yaşlı gənc, enerjili birinci katibinə həmin dövrün tələbləri çərçivəsində işləmək imkanı verilmişdi. Lakin Heydər Əliyevin xarakteri elə idi ki, o bu “qaydaların” çərçivəsində qala bilməzdi və SSRİ üçün qeyri-adi olan gənc birinci katibin ilk addımları da bunu sübut etdi. Heydər Əliyev Azərbaycanda yığılıb qalmış bütün problemləri mərhələ-mərhələ həll etməyə başladı. Elə ilk aylarda göründü ki, hakimiyyətə son dərəcə istedadlı və təşkilatçı olan şəxsiyyət gəlib və onun istər siyasi sferada, istər iqtisadiyyat, sənaye sektorunda və kənd təsərrüfatında, istərsə də milli sahədə apardığı islahatların qarşısını heç nə ilə ala bilməzlər. Heydər Əliyev öz xalqı və ölkəsi üçün, ümumən vətən üçün faydalı olan hər şeyi müəyyənləşdirir və dərhal həmin məsələlərin reallaşmasına çalışırdı.
Heydər Əliyevin aşdığı sədlər təkcə sovet-təsərrüfat sisteminin özünəməxsus xüsusiyyətləri ilə bağlı deyildi. Moskvada uzun illər Azərbaycana qarşı formalaşdırılmış ögey münasibət hər addımda özünü büruzə verirdi. Bəzi hallarda bu münasibətdə düşmənçilik elementlərini də sezmək çətin deyildi. Azərbaycanın Kremldə bədxahları xeyirxahlarından həmişə çox olmuşdur və Azərbaycanda Heydər Əliyevin qazandığı uğurlar onları qıcıqlandırdı. İqtisadiyyatın bütün göstəriciləri üzrə kəskin dərəcədə geriləyən və SSRİ üçün yalnız xammal bazası rolunu oynayan Azərbaycanda qısa zaman kəsiyində vəziyyət dəyişdi və 70-ci illərin ortalarında adambaşına düşən milli gəlir iki dəfə, sənaye istehsalı üç dəfə, kənd təsərrüfatında məhsuldarlıq təxminən iki dəfə artdı. Müasir texnika və texnologiya ilə təchiz edilmiş 250 iri zavod, fabrik və sex tikildi, minlərlə adam öz yaşayış şəraitini yaxşılaşdırdı. Azərbaycan sənayesinin və kənd təsərrüfatının strukturu tamamilə dəyişdi və yüksək səviyyəyə çatdı.
Ötən əsrin 70-ci illərində dünyanın ən ünlü sənətkarlarının, yazıçı və şairlərinin çox sevdikləri məkan Azərbaycan idi. Heydər Əliyev isə yaradıcı insanların ən sadiq dostu və sirdaşına çevrilmişdi. SSRİ kimi nəhəng bir dövlətdə hər cür basqılara rəğmən Heydər Əliyev böyük nüfuz sahibi idi və bu nüfuzdan istifadə edərək Azərbaycan xalqının illər uzunu tapdalanmış hüquqlarını bərpa edirdi. Heydər Əliyev 30-cı illərdə millətin genefonduna hansı zərbələr vurulduğunu yüksək səslə deməyi bacaran, repressiyalar haqqında açıq danışan şəxsiyyət idi. Heydər Əliyev heç bir günahı olmayan millətin qaymaqlarını Sibir çöllərində çürüdün bir imperiyanı ilk dəfə ittiham edən böyük sima idi. Azərbaycan milli vicdanının bayraqdarı olan Hüseyn Cavidin cəsədini və ruhunu vətəninə qovuşdurmaq cəsarətini yalnız Heydər Əliyev kimi böyük qüdrət sahibi edə bildi. Məhz Heydər Əliyevin sayəsində azərbaycanlı sənət adamları, mügənnilər, şair və yazıçılar, ən yüksək adlara və mükafatlara layiq görüldülər.
1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayarkən çoxşaxəli fəaliyyətlə bərabər respublikada elmin və mədəni mühitin yaradılmasına ciddi önəm verdi və qısa zaman kəsiyində elm, sənət adamları özləri üçün əsl arxa, dayaq tapdılar. Bakı SSRİ-nin elmi texniki və mədəni mərkəzlərindən birinə çevrildi. Beynəlxalq konfrans və simpoziumların, Ümumittifaq tədbirlərin Bakıda keçirilməsi də Heydər Əliyevin şəxsi təşəbbüsü idi. O, Azərbaycanda ziyalı mühitinin yaradılması üçün əlindən gələni edirdi.
SSRİ-nin tanınmış ali məktəblərinə tələbələrin göndərilməsi Heydər Əliyevin uzaqgörənliyinin nümunəsi kimi tarixə düşmüşdür. Heydər Əliyev ən istedadlı gənclərin aşkar edilib Moskvaya və digər şəhərlərin ali məktəblərinə göndərilməsilə bu potensialın aşkarlanmasına, üzə çıxmasına şərait yaradırdı. Təhsillərini başa vurandan sonra Azərbaycana dönüb, Vətənin tərəqqisinə çox böyük töhfələr verən həmin gənclər bu gün də ölkəmizin ayrı-ayrı sahələrində öncül yerdədirlər.
1988-ci ildən etibarən Heydər Əliyev Azərbaycanda geniş vüsət alan milli-azadlıq hərəkatının mənəvi patriarxı kimi qəbul olunurdu. Məhz Heydər Əliyev əsl Azərbaycan vətəndaşı kimi özünün cəsarətli addımları ilə 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə bütün dünya ictimaiyyətinin diqqətini cəlb etdi. Bununla da sovet imperiyasının qanlı cinayətindən sarsılmış Azərbaycan xalqına çətin məqamda mənəvi, siyasi dayaq oldu. Elə bunun nəticəsində də xalq ruhdan düşmədi, öz müstəqillik mübarizəsini davam etdirdi və 1991-ci ildə istəyinə nail oldu. Ancaq xalqımız böyük bir bəla ilə üz-üzə idi. Ermənistanın təcavüzü davam edirdi, Azərbaycan torpaqları bir-birinin ardınca işğal olunurdu, günahsız insanlar qətlə yetirilirdi, qaçqınların sayı çoxalırdı, şəhərlər, kəndlər, rayon mərkəzləri, qəsəbələr dağılırdı, xalqımızın min illər boyu yaratdığı qədim və müasir mədəniyyət abidələri yerlə-yeksan edilirdi. Bütün bunlar azmış kimi Azərbaycan ərazisi parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Xarici qüvvələrin bilavasitə dəstəyi ilə cənubdan və şimaldan separatçı dəstələr silahlı terror yoluna düşmüşdü. Silahlı dəstələr Azərbaycanda at oynadırdılar. Yollarda maşınlar soyulur, adamlar öldürülürdü. Həmin dövrdə Azərbaycanın hakimiyyətində ölkəmizi xaricdən işğal etmək və daxildən parçalamaq istəyən qüvvələrin qarşısını ala biləcək səriştəli, təcrübəli şəxsiyyət və milli lider yox idi. Azərbaycan məhvə doğru sürüklənirdi. Nizami ordu əvəzinə ayrı-ayrı şəxslərin silahlı qruplaşmaları yaranmışdı. Müstəqil dövlətçiliyin özülü sarsılırdı.
1993-cü ilin may-iyununda dövlət böhranı, hakimiyyətsizlik, xaos və anarxiya faciələrə səbəb olma həddinə çatmış ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Olduqca çətin və ağır bir vaxtda xalq öz iradəsinə güc verərək Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və bu istək 15 iyun 1993-cü ildə, Milli Qurtuluş günü kimi tarixə düşən həmin gün müdrik siyasətiçinin, təcrübəli və iradəli dövlət xadiminin hakimiyyətə qayıdışı ilə nəticələndi.
1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı dərin böhrandan, vətəndaş müharibəsindən və parçalanmadan, ağır fəlakətlərdən xilas etdi. O, Azərbaycanın müstəqilliyini qoruyub saxladı, Azərbaycanda at oynadan silahlı quldur dəstələrini tərk-silah etdirdi, xalq azad nəfəs aldı.
Heydər Əliyev dövlət çevrilişlərinə, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoydu. Müasir Azərbaycan dövlətini qurmaq üçün hüquqi, iqtisadi, sosial islahatları həyata keçirməyə başladı, ölkə Konstitutsiyasının işlənib hazırlanmasına və qəbul edilməsinə rəhbərlik etdi. Azərbaycanın Qərbə hərtərəfli inteqrasiyası üçün strateji xətti müəyyənləşdirdi.
Bütün mənalı ömrünü, qüvvə və bacarığını Azərbaycan xalqının azadlığı, müstəqilliyi və səadəti uğrunda mübarizəyə həsr edən ulu öndərimiz güclü, demokratik və hüquqi dövlət qurdu, ölkəmizi regionun qüdrətli dövlətinə çevirdi və onun idarəçiliyini etibarlı əllərə verdi. Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Respublika Prezidenti cənab İlham Əliyev bu gün dünyada müşahidə edilən, bəzi hallarda çox mürəkkəb xarakter daşıyan, geosiyasi və iqtisadi dəyişiklikləri nəzərə alaraq, bu kursu müasir dövrə uyğun daim inkişaf etdirir. Ölkə müstəqilliyinin möhkəmləndirilməsi üçün möhtərəm Prezidentimizin xüsusi fəaliyyəti nəticəsində dünya ölkələri və Avropa Birliyi dövlətləri ilə münasibətlər və əməkdaşlıq yeni, daha yüksək mərhələyə və səviyyəyə çatmışdır ki, bu da xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Ulu öndərin dövlətçilik ənənələrini uğurla davam etdirən ölkə prezidenti İlham Əliyev qısa zaman kəsiyində Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirmişdir və bizim ən böyük nailiyyətlərimiz hələ irəlidədir.
Fuad Əliyev,
kimya elmləri doktoru, akademik, AMEA-nın Gəncə bölməsinin sədri
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024