Mobil versiya
Masallıda 16 yaşlı gənci ürəyindən bıçaqladılar
Tarix: 10-07-2015 | Saat: 14:05
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər


Qatil 39 yaşlı kişidir.

Masallıda qətl hadisəsi baş verib.

Aia.az xəbər verir ki, Masallı Rayon Prokurorluğundan APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Sərçuvar kəndi ərazisində qeydə alınıb.

Rayonun Xıl kənd sakini, 1976-cı il təvəllüdlü Rövşən Əhmədağa oğlu Zamanov şəxsi münasibətlər zəminində Sərçuvar kənd sakini, 1999-cu il təvəllüdlü Həmid Bayram oğlu Məmmədovu ürək nahiyəsindən bıçaqlayıb.

H.Məmmədov aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib.

Qətli törətmiş R.Zamanov rayonun hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində isti izlərlə yaxalanıb.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə