Ana Sayfa > Parlament / Aia TV / Karusel > Masallıda 16 yaşlı gənci ürəyindən bıçaqladılar
Masallıda 16 yaşlı gənci ürəyindən bıçaqladılar10-07-2015, 14:05. Yazar: admin |
Qatil 39 yaşlı kişidir. Masallıda qətl hadisəsi baş verib. Aia.az xəbər verir ki, Masallı Rayon Prokurorluğundan APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Sərçuvar kəndi ərazisində qeydə alınıb. Rayonun Xıl kənd sakini, 1976-cı il təvəllüdlü Rövşən Əhmədağa oğlu Zamanov şəxsi münasibətlər zəminində Sərçuvar kənd sakini, 1999-cu il təvəllüdlü Həmid Bayram oğlu Məmmədovu ürək nahiyəsindən bıçaqlayıb. H.Məmmədov aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib. Qətli törətmiş R.Zamanov rayonun hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində isti izlərlə yaxalanıb. Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Geri dön |