Mobil versiya
1,2 milyard dollar sərvəti olduğu deyilirdi, yalan imiş
Tarix: 30-05-2020 | Saat: 11:46
Bölmə:Media | çapa göndər

1,2 milyard dollar sərvəti olduğu deyilirdi, yalan imiş


Amerikanın “Forbes” jurnalı bir neçə dəfə gənc milyarder elan etdiyi Kayli Cenner haqqında şok məqalə dərc edib.

AİA.Az xəbər verir ki, dərgi TV ulduzunun saxtakarlığa əl ataraq, illik gəlir miqdarını şişirtdiyini, sahib olduğu kosmetik brendindən böyük gəlir əldə etmədiyini bildirib.

Məsələ Kaylinin markasının 51 faizini “Coty” şirkətinə satmasından sonra ortaya çıxıb.



Belə ki, “Coty” tərəfindən son 6 ay içində satışa çıxarılan məhsullar və əldə olunan gəlirlər Cennerin söylədiyi rəqəmlərlə üst-üstə düşməyib və əvvəlki hesabatlarda da fərqli göstəricilər qeyd olunub.

Dərc olunan məqalədən sonra Kayli iddialara tvitterdə cavab verib.

“Hörmət etdiyim dərgidə səhv və sübutu olmayan məlumat yerləşdirilib. Mənim gözəl qızım, uğurlu işim var və bunu bacarıram”,- deyə Cenner yazıb.

Qeyd edək ki, 22 yaşlı TV ulduzunun 1,2 milyard dollar sərvəti olduğu bildirilmişdi.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024