Mobil versiya
Musa Quliyev: Qaydalara əməl etməmək virusun yenidən geniş yayılmasına səbəb ola bilər
Tarix: 21-05-2020 | Saat: 09:38
Bölmə:Gündəm | çapa göndər

Musa Quliyev:


Azərbaycanda karantin rejiminin yumşaldılmağa başlaması insanlarımızı arxayın salmamalıdır. Karantin rejiminin qaydalarına mütləq şəkildə əməl olunmalıdır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Deputat bildirib ki, Azərbaycanda koronavirusla mübarizə kifayət qədər uğurla aparılır, dövlət tərəfindən bütün tədbirlər görülür:

"Lakin burada vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Bu virusa qalib gəlmək üçün hər bir vətəndaş üzərinə düşən məsuliyyəti dərk etməlidir. Əks halda, bu qədər görülən işlər hədər gedər, virusun ikinci dalğası başlaya bilər".

M.Quliyev bildirib ki, Azərbaycan virusa qarşı mübarizədə artıq təcrübə əldə edib və virusu nəzarət altında saxlamağı bacarır: "Bunu nəzərə alaraq, dövlət karantin rejimini mayın 18-dən etibarən yumşaltmağa qərar verib. Lakin vətəndaşlar bu qərardan arxayınlaşmamalıdır. Çünki arxayınlaşıb qaydalara əməl etməmək, virusun yenidən geniş yayılmasına səbəb ola bilər. Bu halda karantin rejiminin yenidən sərtləşdirilməsi lazım gələcək".

Millət vəkili qeyd edib ki, görülən işləri yarımçıq qoymamaq və əldə olunan nəticələri davam etdirmək, uğurlu sonluğa çatmaq üçün karantin rejiminin qaydalarına riayət etmək lazımdır.

Komitə sədri vurğulayıb ki, dünyada hələ karantin rejimindən tamamilə çıxan ölkə yoxdur:

"Azərbaycanda koronavirusa yoluxmanın, ölüm göstəricilərinin aşağı olması sevindiricidir. Ancaq heç bir halda bu, bizi arxayın salmalı deyil".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə