Mobil versiya
Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxdu, 55 nəfər sağaldı, 2 nəfər öldü 7
Tarix: 20-05-2020 | Saat: 18:04
Bölmə:Manşet / Gündəm | çapa göndər

Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxdu, 55 nəfər sağaldı, 2 nəfər öldü


Azərbaycan Respublikasında 113 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1963 və 1966-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 3631 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2253 nəfər müalicə olunaraq sağalıb, 43 nəfər vəfat edib, 1335 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 46 nəfərin vəziyyəti ağır, 64 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 245.609 test aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5637 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2020
{sape_links}{sape_article}