Mobil versiya
Görülən işlər bir daha sübut edir ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır
Tarix: 20-05-2020 | Saat: 17:57
Bölmə:Manşet / Siyasət / Seçilənlər-10 | çapa göndər

Görülən işlər bir daha sübut edir ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır


Azərbaycanda uğurlu sosial siyasət həyata keçirilir. Bu siyasətin daha bir əyani təzahürü mayın 19-da dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 3 saylı DOST mərkəzinin istifadəyə verilməsidir. DOST mərkəzlərinin açılması Azərbaycanda vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində atılan mühüm addımdır. Vətəndaşların DOST mərkəzlərinin fəaliyyətini bəyənmə əmsalı 96 faizə çatıb. Bu da DOST mərkəzlərinin sosial məsələlərin həllində səmərəli rol oynadığını göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İqbal Məmmədov bildirib. Deputat qeyd edib ki, uğurlu sosial siyasət həm də Azərbaycanda müharibədən əziyyət çəkmiş, öz yaxınlarını itirmiş ailələrin dövlət tərəfindən dəstəklənməsində özünü büruzə verir. İndiyə qədər 7600 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilib. Bu tədbirlər davamlı xarakter daşıyır. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində qeyd etdiyi kimi, bu il 1500 şəhid ailəsinə evlər, mənzillər veriləcək və beləliklə, növbədə duran şəhid ailələrinin sayı iki mindən az olacaq və maksimum iki il ərzində bütün şəhid ailələri dövlət tərəfindən evlərlə təmin ediləcək.

Deputat əlavə edib ki, Azərbaycanda müharibədən əziyyət çəkmiş, öz yaxınlarını itirmiş ailələr daim Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunur və şəhid ailələrinə dövlət tərəfindən göstərilən dəstək ən yüksək səviyyədədir. Bu gün ölkəmizdə müharibə veteranlarına və şəhid ailələrinə qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Müharibə veteranlarının və şəhid ailələrinin minik avtomobilləri ilə təmin edilməsi də bu insanlara göstərilən diqqətin daha bir təzahürüdür. İndiyə qədər şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına 6 mindən çox minik maşını verilib, bu il də 400 maşının verilməsi nəzərdə tutulur.

Milli Məclisin deputatı qeyd edib ki, şəhid ailələrinə daha bir önəmli dəstək 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərindən sonra Prezident İlham Əliyev tərəfindən imzalanan ilk Fərmanın şəhid ailələri ilə bağlı olması oldu. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən, qeyd olunan şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulurdu. Bu istiqamətdə böyük məbləğdə vəsait ayrıldı və çoxlu sayda şəhid ailəsi bu vəsaiti əldə etdi.

İ.Məmmədov, həmçinin bildirib ki, Azərbaycanda icra olunan sosial infrastruktur layihələri hər bir vətəndaşın həyat şəraitini yaxşılaşdırıb və ölkəmizdə sosial dövlət qurulub. İnsanların sosial rifahının yaxşılaşmasına xidmət edən əməkhaqları və pensiyalar son 17 ildə 7-9 dəfə artıb. Təkcə 2019-cu ildə iki dəfə icra olunan sosial paketlərlə əhalinin əməkhaqları və müavinətləri 2 dəfə, pensiyalar isə 70 faiz artmaqla 4,2 milyon vətəndaşın sosial rifahını kifayət qədər yaxşılaşdırıb. Tətbiq olunmuş karantin rejimi nəticəsində fəaliyyətlərinə məhdudiyyət qoyulmuş sahələrdə çalışan, dövlət sektorunda işləyən 910 min, qeyri-neft sektorunda çalışan 710 min insanın əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət büdcəsindən ödənilir. Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılır, işləməyən 600 min şəxsə isə 190 manat yardım verilir. Eyni zamanda, 15 min ahıla sosial xidmətlər təşkil olunub. Ümumiyyətlə, 2,5 milyon nəfərin sosial vəziyyətinə dəstək üçün dövlət büdcəsindən 3,5 milyard manat vəsait ayrılıb. Koronovirusla mübarizəyə cəlb olunmuş tibb personalının əməkhaqları müddətli olaraq 3-5 dəfə artırılıb. Azərbaycan xüsusilə pandemiya dövründə vətəndaşların rifahının yaxşılaşdırılması və verilən dövlət dəstəyinə görə dünyada lider yerlərdədir. Bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməlində Azərbaycan vətəndaşı dayanır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

7780 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-06-2020
03-06-2020
{sape_links}{sape_article}