Mobil versiya
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti koronavirusla mübarizə tədbirlərinin ən aktiv iştirakçılarından biridir
Tarix: 15-05-2020 | Saat: 11:29
Bölmə:Manşet / Ölkə / Seçilənlər-1 | çapa göndər

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti koronavirusla mübarizə tədbirlərinin ən aktiv iştirakçılarından biridir



Şəhərimizdə aparılan dezinfeksiya işlərinə indiyədək paytaxtın kommunal xidmətlərinin 2000 nəfərdən çox əməkdaşı cəlb olunub

Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasına qarşı geniş miqyasda mübarizə tədbirləri həyata keçirilir. Əlbəttə ki, Bakı şəhərinin bütün rayonlarında da Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın qərar və təlimatlarına uyğun olaraq bu istiqamətdə intensiv işlər aparılır. Qeyd etmək yerinə düşər ki, bu tədbirlərin həyata keçirilməsinə görə Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələrinin üzərinə xüsusilə düşür. O cümlədən, Bakı Şəhər Ticarət və Xidmət Departamenti və Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən paytaxtdakı idarə, təşkilat, ictimai-iaşə və digər özəl kommersiya qurumlarının inzibati binalarının, yol və küçələrin kənarlarında yaradılmış yaşıllıq guşələrinə qulluq göstərilir, ofis mərkəzləri qarşısında qoyulmuş gül dibçəklərindəki güllər sulanır. Lakin ən məsuliyyətli iş yenə də Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin payına düşür. Belə ki, məhz bu qurumun, eləcə də paytaxt rayonlarının kommunal-təsərrüfat xidmətlərinin əməkdaşları və xüsusi texnikası tərəfindən müvafiq qrafik əsasında gündəlik olaraq səhər və axşam saatlarında Bakı şəhərində küçə və prospektlərin xüsusi kimyəvi vasitələr və yeni yuyucu gel vasitəsi ilə yuyulması aparılır.



Gündə 2 dəfə Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan 11 400-dən cox yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür. Eyni zamanda da görülən profilaktik tədbirlərlə yanaşı olaraq aprelin 18-dən etibarən hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq sanitariya və epidemiologiya üzrə mütəxəssislərin tövsiyyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır. Ümumilikdə isə paytaxtın kommunal xidmətlərinin 2000 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, küçələrdə quraşdırılmış dayanacaqlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər aparılıb. Təqdim olunan məlumatlara görə paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcək.



Birmənalı olaraq demək lazımdır ki, bu gün Rəfail Mehralıyevin rəhbərliyi altında Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin kollektivi öz çətin və məsuliyyətli fəaliyyətlərini aidiyyəti olan digər qurum və təşkilatların nümayəndələri ilə çiyin-çiyinə yüksək əzm və fədakarlıqla davam etdirirlər.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024