Hikmət Hacıyev: Pandemiya dövrü özünütəcrid deyil, qlobal həmrəylik vaxtıdır
Tarix: 14-05-2020 | Saat: 16:27
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycan beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etməklə ortaya qoyduğu mövqe ilə göstərir ki, pandemiya dövrü ölkələrin özünütəcrid deyil, qlobal həmrəylik vaxtıdır.
Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “EurActiv” portalına müsahibəsində deyib.
O bildirib ki, Azərbaycanın hazırda sədrlik etdiyi iki təşkilat - Türk Şurası və Qoşulmama Hərəkatında əsas prinsip bütün üzvlərlə açıq ünsiyyətin qorunmasıdır.
H.Hacıyev vurğulayıb ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusa qarşı cavab tədbirləri Fonduna 5 milyon dollar keçirib.
O əlavə edib ki, Qoşulmama Hərəkatının onlayn sammitində Azərbaycan Prezidenti İlham Əliyev Latın Amerikası, Afrika və Asiya ölkələrinin dəstəklənməsi üçün ÜST-ə daha 5 milyon dollar vəsaitin ayrıldığını bəyan edib:
“İndi qlobal miqyasda tədbirlər görmək və bütün dünyada vəziyyətə görə məsuliyyəti üzərinə götürmək vaxtıdır. Bu istiqamətdə ÜST-dən başqa digər səlahiyyətli təşkilat yoxdur”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-01-2025