Ana Sayfa > Karusel / Siyasət > Hikmət Hacıyev:
Hikmət Hacıyev:14-05-2020, 16:27. Yazar: sevinc1 |
Azərbaycan beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etməklə ortaya qoyduğu mövqe ilə göstərir ki, pandemiya dövrü ölkələrin özünütəcrid deyil, qlobal həmrəylik vaxtıdır. Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “EurActiv” portalına müsahibəsində deyib. O bildirib ki, Azərbaycanın hazırda sədrlik etdiyi iki təşkilat - Türk Şurası və Qoşulmama Hərəkatında əsas prinsip bütün üzvlərlə açıq ünsiyyətin qorunmasıdır. H.Hacıyev vurğulayıb ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusa qarşı cavab tədbirləri Fonduna 5 milyon dollar keçirib. O əlavə edib ki, Qoşulmama Hərəkatının onlayn sammitində Azərbaycan Prezidenti İlham Əliyev Latın Amerikası, Afrika və Asiya ölkələrinin dəstəklənməsi üçün ÜST-ə daha 5 milyon dollar vəsaitin ayrıldığını bəyan edib: “İndi qlobal miqyasda tədbirlər görmək və bütün dünyada vəziyyətə görə məsuliyyəti üzərinə götürmək vaxtıdır. Bu istiqamətdə ÜST-dən başqa digər səlahiyyətli təşkilat yoxdur”. aia.az Geri dön |