Mobil versiya
"Maksimum ehtiyatlı olmalıyıq"
Tarix: 02-05-2020 | Saat: 18:38
Bölmə:Manşet | çapa göndər

"Maksimum ehtiyatlı olmalıyıq"



"Əvvəlcə vətandaşlarımızın nəzərinə xüsusilə onu çatdırmaq istəyirəm ki, cəmi bir nəfərin yoluxması kifayətdir ki, bütünlükdə özündən sonra yoluxma həddini üçrəqəmliyə çatdırsın".

Bunu AİA.Az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, dövlət bu günə qədər kifayət qədər vəsait xərcləyib: "Kifayət qədər sosial tədbirlər görülüb. 3,5 milyardlıq paket işlənib, irəli sürülüb. Bunlar hamısı xərclərdir, büdcəyə yükdür. Bütün bunların fonunda koronavirusun ikinci dalğası bizim üçün çox xoşagəlməz ola bilər. Düzdür, dövlətin gücü və imkanı var, lakin bütün bunlar, bir daha deyirəm, bizim üçün əlavə yükləmələrə gətirib çıxara bilər. Halbuki biz həm 3,5 milyard manatı, həm ikinci dalğaya xərclənə biləcək vəsaiti çox ciddi məsələlərə, illərlə gözlədiyimiz məsələlərin həllinə yönəldə bilərdik. Bundan sonra xərcləyə biləcəklərimizi həmin istiqamətə yönəldə bilərik. Ona görə əhali ilk növbədə bu məqamları düşünməlidir".

"İkincisi, biz müharibə şəraitindəyik. Müharibə şəraitində olan bir ölkənin genofondu, əhalinin sağlamlığı çox vacib şərtlərdən biridir, bəlkə də birincisidir. Bunu da nəzərə almalıyıq. Bizim dövlət kimi, xalq kimi, millət kimi müstəqilliyimizin, suverenliyimizin mövcudluğu şərtləri əhalinin bundan sonrakı addımlarından çox asılıdır. Arxayınlaşmaq olmaz, qəti formada, təhlükə bitmiş deyil. Bəli, bu gün biz təhlükəni ram edə bilmişik, dövlət tədbirləri ilə, inzibati tədbirlərlə, müxtəlif çağırışlarla, kampaniyalarla, lakin təhlükə hələ bitməyib, ona görə arxayınlaşmaq olmaz", - deputat qeyd edib.

"Təbii ki, bu karantin dövlətə də yükdür, insanlarımıza da diskomfortdur. Bu problemin biz tezliklə bitməsini, əhalinin normal şəraitinə dönnməsini istəyiriksə, normal iş, yaşayış rejiminin dönməsini istəyiriksə, maksimum ehtiyatlı olmalıyıq. Karantin birdən birə yüngülləşmir, yüngülləşmiş şərtlərlə, mərhələlərlə olacaq. Və bu mərhələlərdə də Qərargahın müvafiq aktlarında, qərarlarında şərtlər, hüqular, vəzifələr aydın formada əhatələnir. Biz bu qərarlara mütləq riayət etməliyik. Hesab edirəm ki, bunlara biz riayət etsək, maksimum bir aya, ay yarıma bir çox problemlərin öhtəsindən gələ bilərik", - B.Məhərrəmov deyib.

Əli Rzayev
AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024