Mobil versiya
Ümumdünya Səhiyyə Təşkilatının mütxəssisləri də Azərbaycanda mövcud vəziyyəti müsbət qiymətləndirirlər
Tarix: 13-04-2020 | Saat: 12:01
Bölmə:Ölkə | çapa göndər

Ümumdünya Səhiyyə Təşkilatının mütxəssisləri də Azərbaycanda mövcud vəziyyəti müsbət qiymətləndirirlər




Ölkədə yaranmış vəziyyətlə əlaqədar ADPU-nun Quba filialının şöbə müdiri, “Xınalıq” Turizmin İnkişafına Dəstək İctimai Birliyinin üzvü Yusif Abayev əməkdaşlarımızın suallarını cavablandırıb.

- Yusf müəllim, qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu gün ölkəmizdə dövlət və cəmiyyət tərəfindən həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz ?

Özünütəcrid və “evdə qal” kampaniyaları ilə bağlı vətəndaşlarımıza nələri çatdırmaq istərdiniz?

- Son 3 ayda bütün dünyanı bürüyə bu sosial bəla – koronavirus infeksiyası bildiyimiz kimi, məkan baxımından sərhəd tanımır. Dünyaya sürətlə yayılaraq cinsiyyətindən, milləyətindən və yaşından asılı olmayaq kütləvi şəkldə milyonlarla insana yoluxmuş və yüz minlərlə insanın ölümünə səbəb olmuşdur. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan bu infeksiya insanların yaşayış tərzinə uyğunlaşaraq mutasiya uğraması ilə ona qarşı vaksinin hazırlanmasına da çətinlik törədir. Dünyanın elm və texnologiya sahəsində yüksək inkişaf etmiş ölkələrinin səhiyyəsi də acız qalaraq, infeksiya ilə mübarizə yolunu insanları bir-birlərindən müvəqqəti təcrid etməkdə görürlər. Tibbi mütəxəsislərin rəyinə əsaslanaraq demək olar ki, sosial izolyasiya vasitəsilə, insanlar arasındakı təmasa yox deməklə infeksiyanın yayılmasının qarşısının alınmasına nail olmaq mümkün hesab edilir. Koronavirusun beşiyi sayılan Çinin Uhan vilayəti infeksiyaya qarşı ən güclü silahın sosial izolyasi olduğunu nümayiş etdirərək virusa qalib gəldi. Digər dövlətlərə də özünütəcridin virusa qalib gəlmək üçün ən yaxşı vasitə olduğunu tövsiyyə etdi. İnfeksiya insanların sağlamlığına yönəlməklə ölkələrin iqtisadiyyatında çox böyük mənfi təsir göstərdi. Ölkələr daxilində istehsal prosessi müəyyən ləngimələrlə davam edir, xarici ticarət əlaqələri müvəqqəti olaraq dayandırıldı, bir neçə növ istehlak məhsullarının, xüsusən də ərzaq məhsullarının və tibbi ləvazımatların ixracatına qadağalar qoyuldu. Həmçinin ÜDM məhsullarının tərkibində xidmətin (turizm, nəqliyyat, logistika, maliyyə, bank və sığorta kimi sahələr nəzərədə tutulur) xüsusi çəkisi yüksək olan ölkələrə 10 milyard dollarla ziyan dəydi. İnfeksiyanın tam olaraq nə zaman nəzarət altına alınacağı, yayılmanın durdurulma tarixinin dəqiq deyə bilmədiyimiz kimi, ölklərin iqtisadiyyatına dəyən ziyanin həcmi də hər gün artacaq.

Azərbaycan da yer kürəsinin bir hissəsi olduğundan bu bəla bizdən də yan keçmədi. Ölkə daxilində həm Bakı şəhəri üzrə, həm də regionlar üzrə əhali arasında yoluxma hallarına rast gəlinir və bu rəqəm hər gün artan dinamika ilə çoxalır. Amma ölkə prezidenti İlham Əliyev cənablarının uzaqgörənliyi və atılan qabaqlayıcı addımlar sayəsində Avropa və dünyanın digər ölkələrinə baxanda hələ ki, ölkədəki vəziyyət qənaətbəxş hesab olunur. Həm Ümumdünya Səhiyyə Təşkilatının mütxəssisləri və həm də digər tibbi mütəxəssislər ölkədəki vəziyyəti müsbət qiymətləndirirlər.
Ölkə Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” imzaladığı Sərəncamlar və fərmanlar, həmçinin verdiyi təxirəsalınmaz tapşırıqlar öz nəticəsinin verməkdədir. Xüsusi ilə qeyd etmək olar ki, cənab Prezidentin nəzarəti altında hazırlanan və 31.03.2020-ci il tarixində İqtisadiyyat Nazirliyi tərəfindən ictimaiyyətə təqdim olunan dövlət proqramı ölkənin iqtisadi artımına və sahibkarlıq subyektlərinin dayanıqlı inkişafına mənfi təsirlərin azaldılması üçün nəzərədə tutulmuşdur. Proqram çərçivəsində biznesin dəstəyi üçün nəzərdə tutulmuş 9 istiqamətdəki dəstəkdən əlavə əhalinin həssas və sosial qrupları üçün də əlavə dövlət dəstəyi proqramları icra olunmaqdadır. Əlbətdə ki, bütün bu görülən işlər cənab prezidentin ölkə vətəndaşlarının hər birinə ayrı-ayrılıqda göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Cənab prezidentin tapşırığına əsasən mart ayından bütün növ təhsil ocaqlarında tətil elan olunması, mart ayının 24-dən karantin rejiminin tətbiqi və aprel ayının 5-dən karantin rejiminin daha da ciddləşdirilməsi bütövlükdə ölkə əhalisinin sağlamlığı üçün atılmış təxirəsalınmaz və vacib tədbirlərdir. Hamı bir nəfər kimi bu müddət ərzində həmrəy olaq, həm evdə qalaq, həm də evdə qalanlara dəstək olaq. Evdə qalmaqla həm özümüzü, həm əzizlərimizi, həm də xalqımızın sağlamlığını qorumuş olarıq.

- Ölkə Prezidenti cənab İlham Əliyevin VI çağırış Milli Məclisin açılış sessiyasındakı çıxışında, eləcə də Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik çıxışında ölkədə yeni siyasi dövrün başlanması, siyasi partiyaların dövlətçilik mövqeyindən çıxış etməli olduqları və iqtidar-müxalifət dialoqunun formalaşmasının zəruriliyi ilə bağlı söylədiyi fikirlərindən sonra ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyəti, eyni zamanda Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Son illər ölkə daxilində baş verən müsbət dəyişikliklər, yəni hökumətin yenidən formalaşması, xalqa xidmət edəcək yeni qurumların yardılması, sosial və iqtisadi infrastrukturun genişləndirilməsi, sahibkarlıq subyektlərinə göstərilən maddi dəstək birbaşa olaraq xalqın rifahına istiqamətlənmişdir. Cənab Prezidentin bütün cıxışlarında verdiyi tapşırıqlar və dövlət məmurlarının qarşısında qoyduğu şərtlər dövlətçiliyimizin möhkəmlənməsinə və ölkə əhalisinin maraqlarına xidmət edir. Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyəti nəticəsində digər siyasi partiya nümayəndələrinin dövlət idarəçilik sistemində iştirakı təmin olunacaq. Bütün bunlar dövlətimizin demokratik formada inkişafına və güclənməsinə xidmət edəcək.

- Yeni formalaşmış Milli Məclisin rəhbər heyətində bütün mandat qazanmış siyasi partiyaların təmsil olunmasını necə qiymətləndirirsiniz? Qanunvericilik hakimiyyətinin gələcək fəaliyyətini necə görürsünüz?

- Azərbaycanda Milli Məclisə azad, demokratik və şəffaf şəraitdə keçirilən seçkilər ölkə əhalisinin mütləq əksəriyyətinin cənab Prezidentin yürütdüyü siyasəti dəstəkləməsinin əyani nümunəsidir. Altıncı çağırış Milli Məclisdə təmsil olunan deputatların sırasında 10 nəfər 8 siyasi partiya üzrə, 41 nəfər isə bitərəf deputat var. Bu siyahı bir daha göstərir ki, VI çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Milli Məclisin siyası sistemin təkmilləşdirməsi işində böyük rolu olacaq. Milli Məclisin rəhbər heyətində də digər siyasi partiya nümayəndələrinin yer almaları qanunvericilik orqanlarında şəffalığın artacağına və qəbul olunan qanunların bir daha xalqın rifahına xidmət edəcəyinə zəmin yaradır.

- Aprel ayının 6-da Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin yaradılmasının əhəmiyyətini, eləcə də dövlət başçımız tərəfindən növbəti humanist addım olaraq 65 yaşdan yuxarı məhbusların azadlığa buraxılmaları barədə verdiyi qərarını necə qiymətləndirirsiniz?

- Hər bir ölkənin ən vacib vəzifələrindən biridə ölkə əhalisinin istehlak məhsullarına olan tələbatını imkan daxilində yerli istehsal hesabına ödənilməsinin təşkilidir. Xususən də bu kimi kritik vəziyyətlərdə ölkələr arasında ticarət əlaqələrinin müvəqqəti dayandırılması, istehlak məhsullarının idxalından asılı olan dövlətlər üçün əlavə, yeni problemlər yaradır. İnfeksiya ilə əlaqadar Azərbaycanda da bir necə gün tibbi ləvazımatların, xüsusən də tibbi maska və dezinfeksiya məhlulunun qıtlığı hiss olundu. Cənab Prezidentin qabaqlayıcı tədbirləri hesabına tibbi maska istehsalı müəssisəsinin yaradılması ölkə daxilində tibbi maskaya olan təlabatın ödənilməsi ilə yanaşı, daimi olaraq yeni iş yerləri də yaratmış oldu. Digər bir tərəfdən də daxili tələbatı ödədiyimiz halda, bu məhsulu xarici ölkələrə də ixrac etmək imkanımız olacaq. Həmçinin ölkədəki tibbi spirtə olan təlabatı nəzərə alaraq Qusar rayonunda yerləşən “RUS AZERİ SPİRTİS” zavodu ölkəmizə dəstək nümayiş etdirərək tibbi spirtin istehsalına başlamışdır.
Hər il olduğu kimi, bu il də cənab Prezident humanist addım atdı. Cənab Prezidentin bütün sərəncam və fərmanlarında humanizimlik prinsipi və insan amili önə çəkilir. Dünyanı ağuşuna alan infeksiyanın törədə biləcəyi fəlaktlərdən qorunmaq məqsədilə yaşı 65 yaşdan yuxarı olan məhbusların azad olunması təqdirə layiqdir. Verilən qərar əsasında yüzlərlə insan öz doğmalarına qovuşdular. Atılan bütün addımlar və görülən işlər cənab Prezidentin həmişə xalqın yanında olmasının əyani sübutudur.


aia.az
Orxan Əsədov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024