Mobil versiya
Astaranın təhsil işçilərini “informasiya terroru”na məruz qoyan şəxsin kimliyi məlum olub
Tarix: 08-04-2020 | Saat: 12:54
Bölmə:Gündəm | çapa göndər

Astaranın təhsil işçilərini “informasiya terroru”na məruz qoyan şəxsin kimliyi məlum olub




Özünə sosial şəbəkələrdə açdığı 25-ə qədər saxta profil vasitəsilə Astara Rayon Təhsil Şöbəsinə qarşı davamlı olaraq böhtan kampaniyası düzənləyən Daşqın Əliyev adlı şəxsin qeyri-qanuni fəaliyyəti prokurorluq tərəfindən araşdırılacaq

Artıq iki ilə yaxın bir müddətdir ki, Astara Rayon Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları, rayonda fəaliyyət göstərən bir çox təhsil müəssisələrinin kollektivləri, o cümlədən orta məktəb direktorları və pedaqoji heyətlər sosial şəbəkələrdə sözün əsil mənasında mənəvi-psixoloji terrora məruz qoyulmaqdadırlar. “Facebook” şəbəkəsində “Yunis Dürüst”, “Ləman Adıgözəlova”, “Emin Aydın Mirzəli”, “Erkin İsmayıl”, “Sərxan Alışlı” və daha 20-yə yaxın saxta profillərlə qeydiyyatdan keçmiş şəxs davamlı olaraq rayonun təhsil işçilərini təhqirlərə məruz qoyur, onların ünvanına iftira və böhtanlar yağdırır, nalayiq sözlər yazır. Artıq iş o yerə çatmışdır ki, bir müddət əvvəl həmin şəxsi “facebook”da üzv olduğu qrupdan da kənarlaşdırmışlar (hələlik yalnız bir profil altında). Bu barədə şəbəkədə qrup rəhbəri tərəfindən məlumat da yayımlanmışdır:

Elvin Həşimli
İdarəçi • 8 dəq.

Astara rayon Təhsil şöbəsinin müdiri Rəşad Həsənov barəsində Leman Adıgozelova adlı fake profili tərəfindən sərt yazının şər və böhtan xarakterli olduğu müəyyən edildiyindən, yazı qrupdan silindi və Leman Adıgozelova adlı facebook istifadəçisi qrup qaydalarına zidd paylaşım etdiyi üçün (şər, iftira, böhtan və fake profil istifadəçisi) tərəfimdən qrupdan uzaqlaşdırılmışdır.
Rəşad Həsənova işində müvəffəqiyyətlər və uğurlar arzu edirik.

Daha sonra məlum olmuşdur ki, bütün bu saxta profillər altında qeydiyyatdan keçən şəxs Daşqın Əliyev adlı vətəndaşdır. Bu şəxsin Astaranın bütün təhsil sisteminə “partizan müharibəsi” elan etməsinin səbəbi isə onun 2 il öncə işlədiyi orta məktəbdən öz vəzifə borclarının öhdəsindən gələ bilmədiyinə görə işdən çıxarılması olmuşdur. Həmçinin apardığımız araşdırma nəticəsində məlum olmuşdur ki, saxta profillərin sahibi olan Əliyev Daşqın İbad oğlu Astara şəhər sakinidir. Bakı Dövlət Universitetinin İlahiyyət fakultəsini bitirib. Sonradan əldə etdiyi kurs sertifikatı ilə Astara şəhər 6 saylı tam orta məktəbində 2018-ci ilin 12 fevral tarixindən 14 iyun tarixinədək müddətli əmək müqaviləsi ilə psixoloq vəzifəsində işləyib. Lakin bu müddət ərzində özünü işçi kimi doğrulda bilməyib. Mütəmadi olaraq məktəbin etik qaydalarını, əmək intizamını pozub, sosial şəbəkələrdə məktəbin rəhbər işçilərini təhqir edib və bütün bunlara görə məktəbdə ona xəbərdalıq və töhmət elan edilib. Bütün bu tədbirlər də bir nəticə vermədikdə isə Daşqın Əliyev məktəbin ilk həmkarlar təşkilatının protokol qərarı ilə işdən azad olunub. Bundan sonra özünə başqa bir məşğuliyyət tapa bilməyən Daşqın Əliyev saxta profillər yaradaraq bütün rayonun təhsil işçilərindən “qisas almağa” başlayıb.

Lakin ehtimal ki, bu fəaliyyətin də sonuna artıq çox az müddət qalıb. Belə ki, rayondan aldığımız məlumata görə Daşqın Əliyevin əməllərinə hüquqi qiymət verilməsi və onun məsuliyyətə cəlb edilməsi üçün artıq rayonun polis və prokurorluq orqanlarına müraciət olunub.

Abbas Abbasov
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5998 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}