Lerikdə 59 yaşlı müəllimindən hamilə qalan məktəbli ilə bağlı - Açıqlama  
Tarix: 07-04-2020 | Saat: 21:13
Bölmə:Karusel | çapa göndər
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Lerikdə hamilə qalan məktəbli ilə bağlı açıqlama yayıb.
Aia.az-ın məlumatına görə, qurumun yaydığı məlumatda bildirilir ki, Lerik rayonunun Kirəvud kəndinin 2003-cü il təvəllüdlü 11-ci sinif şagirdi kəndin 1961-ci il təvəllüdlü rus dili müəllimindən hamilə qalıb.
Məktəblinin 5 aylıq hamilə olduğu kənd icra nümayəndəsi Şəfiq Əliyev tərəfindən təsdiqlənib.
Məlumata görə, komitənin əməkdaşları Lerik rayon İcra Hakimiyəti başçısının müavini Arzu Vəliməmmədova ilə əlaqə saxlayaraq hadisə ilə bağlı ətraflı məlumat alıb. A.Vəliməmmədova hadisənin rayon hüquq - mühafizə orqanları tərəfindən araşdırıldığını, uşağın psixoloji vəziyyətinin qiymətləndirilməsi üçün aprelin 6-da kənd icra nümayəndəsi və psixoloqla birgə ailəyə səfər etdiklərini bildirib. Məlumatda məktəbli və anasının Rayon polis şöbəsində yerli icra nümayəndələrinin iştirakı ilə dindirildiyi qeyd olunub. Dindirilmə zamanı məlum olub ki, məktəbli ailəsi tərəfindən də mütəmadi olaraq təzyiqlərə məruz qalıb. Eyni zamanda, ailə fərdlərinin psixoloji durumunun normal olmadığı diqqətə çatdırılıb. Mütəxəssislər, azyaşlının ailəsinin yanında qalmasının təhlükəli olduğunu nəzərə alaraq, onu Bakıdakı sığınacaqlardan birinə yerləşdirilməsini məqsədəuyğun hesab ediblər.
Hazırda məktəblinin “Təmiz Dünya” sığınacağına yerləşdirilməsi istiqamətində işlər aparılır.
 
Məlumatlanmaq üçün Facebook səhifəmizi
  
Digər xəbərlər
 
	Xəbəri paylaş
	
 Digər xəbərlər
 31-10-2025
	
17:17 Fədayə Laçına cin girdi   