Mobil versiya
Yeni Azərbaycan Partiyası ölkədə siyasi sistemin möhkəmləndirilməsi istiqamətində uğurla fəaliyyət göstərir
Tarix: 04-04-2020 | Saat: 14:27
Bölmə:Manşet / Siyasət / Seçilənlər-1 | çapa göndər

Yeni Azərbaycan Partiyası ölkədə siyasi sistemin möhkəmləndirilməsi istiqamətində uğurla fəaliyyət göstərir



Bu gün bütün bəşəriyyət üçün qlobal təhlükə mənbəyinə çevrilmiş koronavirus infeksiyası ilə mübarizə tədbirləri bütün digər məsələləri demək olar ki, ikinci dərəcəli etmişdir. Bununla belə, ölkənin, cəmiyyətin ictimai-siyasi həyatı, yeni qaydalar şəratində olsa belə, davam etməkdədir. O cümlədən cəmiyyətimizdə böyük nüfuza sahib olan Yeni Azərbaycan Partiyası öz siyasi fəaliyyətini bu gün hər zaman olduğundan daha dolğun, daha səmərəli şəkildə davam etdirir. Ulu öndərimiz Heydər Əliyevin yaratdığı və bu günədək siyasi mübarizələrdə keçmiş şərəfli bir tarixə sahib olan Yeni Azərbaycan Partiyası bir iqtidar partiyası olaraq, xalqımızın və dövlətimizin daha da inkişafı naminə qarşıda duran vəzifələrin həllinə hər zaman misilsiz töhfələr verməkdədir.

Bu gün ölkəmizdə möhtəşəm demokratik islahatlar həyata keçirilməkdədir. Bu islahatların ən bariz göstərilərindən biri kimi isə Ölkə Prezidenti cənab İlham Əliyevin respublikamızdakı bütün siyasi qüvvələri dialoqa dəvət etməsini qeyd etmək olar. Bildiyimiz kimi, artıq bir çox siyasi partiya rəhbərləri ilə görüşlər keçirilib və bu görüşlərin baş tutması faktı artıq özü-özlüyündə vətəndaş cəmiyyəti institutları ilə dövlət arasında siyasi dialoqun müsbət istiqamətdə inkişafına dəlalət edir. Əlbəttə, hakimiyyətin təklif etdiyi bu dialoqdan imtina edən bəzi qüvvələr də var ki, onların da sırf xaricdəki havadarlarının maraqlarından çıxış etmələri bu gün artıq heş kim üçün sirr deyil. Məhz bu qüvvələrə qarşı mübarizədə də Yeni Azərbaycan Partiyasının rolu müstəsna əhəmiyyət kəsb edir.

Dövlət başçımızın da Altıncı çağırış Milli Məclisinin ilk iclasında söylədiyi nitqində qeyd etdiyi kimi, bu gün artıq ölkədə mövcud olan bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və bu, demokratiyanın inkişafında önəmli addımdır. Həmçinin birbaşa möhtərəm Prezidentimizin tövsiyyəsi ilə digər partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyində və ayrı-ayrı komitələrin rəhbərliyində ilk dəfə olaraq təmsil olunublar. Əlbəttə ki, ölkəmizdə siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var idi. İndi isə təkcə tərkib etibarı ilə deyil, eyni zamanda mahiyyət etibarı ilə yeni parlamentin qurulması istiqamətində məqsədyönlü addımlar atılmalıdır və atılır. Bu baxımdan iki gün öncə Milli Məclisin spikeri tərəfindən imzalanmış və parlamentdə struktur islahatlarının aparılmasını nəzərdə tutan sərəncam da böyük əhəmiyyət kəsb edəcək. Belə ki, bu sərəncama əsasən parlamentin ölkədə həyata keçirilən islahatların strategiyasına uyğunlaşdırılması üçün Milli Məclisin Aparatı və İşlər İdarəsi tələblərə uyğun olaraq yenidən qurulması və bu zəmində Milli Məclisin fəaliyyətinin səmərəliliyinin artırılması nəzərdə tutulub.

Bütün bunlarla yanaşı bir daha qeyd olunmalıdır ki, müşahidə olunan bütün mütərəqqi proseslərin gedişində də Yeni Azərbaycan Partiyasının Milli Məclisdəki aparıcı rolu danılmazdır. Bu seçkilərdə də biz yerlərin əksəriyyətini qazanmışıq və bu, ilk növbədə xalqın Yeni Azərbaycan Partiyasına olan inamından və etibarından xəbər verir. Məhz bu inamın nəticəsidir ki, öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyətində aparıcı rolu gündən-günə daha da möhkəmlənməkdədir.

Millət vəkili, siyasi elmlər doktoru,
professor Aqiyə Naxçıvanlı




Məlumatlanmaq üçün Facebook səhifəmizi

5383 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}