Mobil versiya
Azərbaycanda ərazilərin dezinfeksiya edilməsində drondan istifadə olunacaq
Tarix: 31-03-2020 | Saat: 15:17
Bölmə:Manşet | çapa göndər

Azərbaycanda ərazilərin dezinfeksiya edilməsində drondan istifadə olunacaq





AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan "Elm və Texnologiyalar Parkı" MMC tərəfindən kənd təsərrüfatı sahələrinin dərmanlanması üçün hazırlanmış "Agrodrone" adlı dron yeni tip koronavirusa (COVID-19) qarşı dezinfeksiya işlərinin aparılmasına uyğunlaşdırılıb.

Aia.az AMEA-ya istinadən xəbər verir ki, drona quraşdırılmış çənlər və püskürtmə sistemi dezinfeksiyaedici məhlulu müəyyən hündürlükdən təyin edilmiş əraziyə çiləməyə imkan verir.

Sistemin inteqratoru AMEA-nın Yüksək Texnologiyalar Parkının digər rezidenti olan "Azeltech" MMC şirkətidir.

Qeyd edək ki, hazırda COVID-19 pandemiyasının yayıldığı Çin, İtaliya, Fransa, İspaniya, Tayvan və digər ölkələrdə dronlardan dezinfeksiya işlərinin aparılmasında geniş istifadə olunur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024