Ana Sayfa > Manşet > Azərbaycanda ərazilərin dezinfeksiya edilməsində drondan istifadə olunacaq
Azərbaycanda ərazilərin dezinfeksiya edilməsində drondan istifadə olunacaq31-03-2020, 15:17. Yazar: sevinc1 |
AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan "Elm və Texnologiyalar Parkı" MMC tərəfindən kənd təsərrüfatı sahələrinin dərmanlanması üçün hazırlanmış "Agrodrone" adlı dron yeni tip koronavirusa (COVID-19) qarşı dezinfeksiya işlərinin aparılmasına uyğunlaşdırılıb. Aia.az AMEA-ya istinadən xəbər verir ki, drona quraşdırılmış çənlər və püskürtmə sistemi dezinfeksiyaedici məhlulu müəyyən hündürlükdən təyin edilmiş əraziyə çiləməyə imkan verir. Sistemin inteqratoru AMEA-nın Yüksək Texnologiyalar Parkının digər rezidenti olan "Azeltech" MMC şirkətidir. Qeyd edək ki, hazırda COVID-19 pandemiyasının yayıldığı Çin, İtaliya, Fransa, İspaniya, Tayvan və digər ölkələrdə dronlardan dezinfeksiya işlərinin aparılmasında geniş istifadə olunur. Geri dön |