Mobil versiya
Zaqatalanın baş həkiminə daha bir ağır ittiham: “Anamı öldürüb“
Tarix: 23-02-2016 | Saat: 12:23
Bölmə:Qərbi Azərbaycan / Manşet / Karusel / Seçilənlər | çapa göndər

Zaqatalanın baş həkiminə daha bir ağır ittiham: “Anamı öldürüb“
Sərdar Mirzəyev: «Həkimlərin səhlənkərlığı üzündən anama yanlış diaqnoz qoyuldu və 1 ildən sonra səhv müalicə səbəbindən dünyasını dəyişdi»

Zaqatala rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyevaya qarşı daha bir ağır ittiham irəli sürülüb.

Ötən günlərdə iki rayon sakini xəstəxanada başlarına gətirilənlərdən bəhs edərək, onlardan biri uşağının ölümündə baş həkimi günahkar bilmişdi. Digəri isə kor bağırsağından əməliyyat olunan zaman infeksiya tutduğunu və bu səbəbdən də ölüm ayağında olduğunu vurğulamışdı.

Leyla Seyidəliyevaya qarşı daha bir ittihamı isə Zaqatala sakini Sərdar Mirzəyev irəli sürüb. O göndərdiyi məktubunda yazır ki, 1955-ci il təvəllüdlü anası Dilarə Həsənovanı baş həkimin korrupsioner və savadsız həkimləri öldürüblər. «Ötən ilin fevralında anamı müayinə edən Zaqatala Xəstəxanasının həkimləri ona vərəm diaqnozu qoydular. Rayonun Muxax kəndində yerləşən Vərəm Dispanserində onu 5 ay müalicə etdirdim. Müalicə üçün zəruri olan bütün dərmanlarla yanaşı, onun yeməyini belə evdən gətirirdim. Üstəlik, ailə üzvlərimizə də vərəm keçməsin deyə profliaktiki üçün müalicə alırdıq. Bu məqsədlə düz 10 min manat xərcimiz çıxdı».

Sərdar Mirzəyev bildirir ki, anasının sağalmaması səbəbindən ötən ilin iyulunda onu Ağ Ciyər Xəstəlikləri İnstitutuna aparmalı olublar. «Orada aparılan müayinə zamanı məlum oldu ki, diaqnoz düz qoyulmayıb. Yəni, anamda vərəm xəstəliyi olmayıb. Bu istiqamətdə aparılan səhv müalicə də anamın böyrəklərini sıradan çıxarıb. Və Dilarə Həsənova bu ilin yanvarın 10-da rəhmətə getdi».

Zaqatala sakini bildirir ki, Leyla Əliyevanın rəhbərlik etdiyi həkim korpusunun yeri xəstəxana deyil, həbsxana olmalıdır. «Çox təəssüf ki, etdiyimiz şikayətlərə, baş verən hadisələrə rəğmən, səhiyyə naziri Oqtay Şirəliyev Leylə Seyidəliyevanı müdafiə etməkdə davam edir. Nazirlik deyir ki, kimin şikayəti varsa, onlara müraciət etsin. Dəfələrlə müraciət etmişəm, amma kimsə baxmayıb. İndi mən sual verirəm: Zaqatala Xəstəxanasının savadsız həkimlərinin səhv diaqnozu anamın ölümünə səbəb oldu. Buna kim cavabdehlik daşıyır? Dövlət əgər xəstələrə dərman və yeməyi pulsuz verirsə, o zaman mən niyə həmin dərmanı pulla alıb, yeməyi də evimdən gətirirdim? Bunun üçün niyə 10 min manat xərcləməliydim?»

Jam.az-a göndərdiyi məktubunda Zaqatala sakini yazır ki, Leyla Seyidəliyeva cəzasızlıqdan o qədər arxayınlaşıb ki, ondan şikayətçi olanları şantaj etməkdən də çəkinmir. O, dövlət başçısı İlham Əliyevə müraciət edərək, Zaqatalanın baş həkimi ilə bağlı tədbir görməsini xahiş edib. «Cənab Prezident, anamın, digər insanların ölümünə, şikəst olmasına bais olmuş Zaqalata Mərkəzi Xəstəxanasının baş həkim Leyla Seyidəliyevnın barəsində ciddi tədbirlərin görülməsi üçün tapşırıq vermənizi xahiş edirəm».

Qarşı tərəfi də dinləməyə hazırıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024