Hərbi ehtiyaclar üçün itləri klonlaşdıracaqlar
Tarix: 23-10-2026 | Saat: 09:55
Bölmə:Dünya | çapa göndər

ABŞ-də hərbi ehtiyaclar üçün xidməti itlərin klonlaşdırılması və onların genlərinin modifikasiyası həyata keçiriləcək.
aia.az “Financial Times” nəşrinə istinadən xəbər verir ki, “Warhound” adlandırılan startapın həyata keçirilməsində “Anduril” şirkətinin həmtəsisçisi Palmer Laki və sahibkar Ben Lamm iştirak edirlər.
Bildirilir ki, şirkət “genetik cəhətdən təkmilləşdirilmiş xidməti itlərin istehsalı” ilə məşğul olacaq və onları qabaqcıl texnologiyalarla təchiz edəcək.
“Warhound” layihəsinin dəyəri təxminən 1,2 milyard dollar olaraq qiymətləndirilib.
“Bizim ideyamız belədir: ən yaxşı itləri seçmək, onların biobankını yaratmaq və klonlaşdırmaq. Klonlaşdırmadan əlavə, onların yaşama müddətini və iş qabiliyyətini yaxşılaşdırmaq üçün genlərini modifikasiya etmək mümkündürmü? Bu, həm it üçün, həm də yanğınsöndürənlər, polislər və ya hərbçilər üçün daha faydalıdır”, - Lamm deyib.
Məlumata görə, avtonom dronlar, sualtı qayıqlar və digər hərbi texnika istehsalçısı, həmçinin müdafiə texnologiyaları sahəsində ən tanınmış ABŞ startaplarından biri olan “Anduril” şirkəti itlərin səmərəliliyini artırmaq üçün onlar üçün zirehli jiletlərin işlənib hazırlanması ilə məşğul olacaq.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-10-2026