Mobil versiya
“Xiaomi” sahibinin cibində partladı
Tarix: 26-03-2020 | Saat: 20:01
Bölmə:Maraqlı | çapa göndər

“Xiaomi” sahibinin cibində partladı





Şirkət cihazın yanmasını fiziki nasazlıq ucbatından baş verdiyini izah edib. Smartfonun sahibi, hindistanlı Vikeş Kumar bildirib ki, işə gedərkən cihazın şalvarın cibində yandığını hiss edib.

Aia.Az deyerler.org-a istinadən bildirir ki, Kumar qeyd edib ki, o işə gedərkən, smartfonun yerləşdiyi cibində qızmasını hiss etmişdi. Daha sonra Kumar onu çibindən çıxardaraq çantasına qoyub. Bir az sonra smartfon çantada olarkən partlayıb. Aparatın sahibi özü xəsarət almasa da, telefon və çanta çox zərər görüb. Hindistanlı "Xiaomi" xidmət mərkəzinə müraciət edib, smartfonu dekabr ayında əldə etdiyini və hadisə baş verən zaman telefon təxminən 90%-lik enerji tutumuna malik olduğunu söyləyib. Zərərçəkənin sözlərinə görə, şirkət nümayəndələri onu telefondan düzgün istifadə etməməkdə ittiham edib. Sosial şəbəkələrdə Kumar, smartfonu yenisi ilə əvəz etmək ona telefonun dəyərinin təxminən yarısına başa gəldiyini bildirib. Sosial şəbəkələrdə tənqidlərə cavab verən "Xiaomi", cihazın sahibi ilə münaqişəni həll etdiyini bildirib. Şirkət, yanğına səbəb kimi, batareyada fiziki ziyana görə baş verdiyini deyib. "Biz istifadəçilərimizə dərin qayğı ilə yanaşırıq və bütün lazımi köməkliyi göstəririk", -deyə şirkət bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5177 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}