Mobil versiya
Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı sağalmayıb - Rəsmi
Tarix: 12-03-2020 | Saat: 10:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı sağalmayıb -


Gürcüstanda koronavirusa ilk yoluxma halı ilə karantinə alınan azərbaycanlı sağalmayıb.



Modern.az xəbər verir ki, Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi 50 yaşlı azərbaycanlı kişinin 14 günlük müalicə kursunun başa çatdığını açıqlayıb.



Mərkəzin məlumatına görə, xəstə hələ də sağalmayıb və koronavirusla bağlı təkrar aparılan test müsbət nəticə verib. Lakin, aparılan müalicələrin nəticəsində pasiyentdə virus yükü azalıb.



Xatırladaq ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb. Virus bir həftə İranda qalan, Azərbaycandan keçərək Gürcüstana qayıtmaq istəyən şəxsdə aşkarlanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024