Mobil versiya
"Uşaqpulu" bərpa edilməlidir" - Deputat
Tarix: 09-03-2020 | Saat: 15:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Uşaqpulu" bərpa edilməlidir" -


"Ən vacib məsələ hər doğulan uşağa "uşaqpulu"nun bərpası məsələsidir".

Pravda.az-ın xəbərinə görə, bunu VI çağırış Milli Məclisin deputatı Razi Nurullayev deyib.

R.Nurullayev bildirib ki, hər doğulan uşağa müavinət verilməli və onlar pulsuz yeməklə təmin olunmalıdır: "Amma bu, bir deputatın səsi ilə həll olunan məsələ deyil. Bu məsələ ciddi araşdırılmalıdır. Artıq bu məsələ gündəmdədir. Və gündəmdə qalmasında, üç ildən artıq müzakirə olunmasında mənim müstəsna xidmətlərim var. Bu məsələni əsaslandırılmış şəkildə parlamentə və hökumətə təqdim etmək istəyirəm ki, ünvanlı sosial yardım ləğv oluna, bunların əvəzində bütün ailələr uşaq pulu ala bilər. Çünki hər bir uşağın böyüməsində dövlət də mənəvi ata kimi iştirak etməlidir. Yəni uşaq 50 faiz bioloji valideynə aid olsun, 50 faiz də qoy onların mənəvi atası dövlət olsun. Əgər hökumət bunu təmin edərsə, o zaman daha böyük ailələr yaranar. Azərbaycanda güclü ailələr formalaşar və onlar da dövlətin, hökumətin ətrafında sıx birləşə bilərlər".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024