Mobil versiya
Azərbaycanda devalvasiya olacaq? - AÇIQLAMA
Tarix: 09-03-2020 | Saat: 10:59
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycanda devalvasiya olacaq? -


"Azərbaycan neftinin qiyməti 32 dollaradək ucuzlaşdı. Azərbaycandan və ölkədən kənarda yaşayanlardan manatın taleyi ilə bağlı xeyli suallar daxil olmaqdadır. Demək olar ki, hamının vəziyyəti eynidir, müraciətlər də oxşardır. Əksəriyyəti banklarda manatla olan əmanətlərin taleyi narahat edir. Bildirmək istəyirəm ki, neftin ucuzlaşan qiymətinin orta müddətli (ən azı 3 ay) dövrdə sabit qalması və ya onun daha da ucuzlaşması höküməti yenidən devalvasiya getməyə məcbur edə bilər”.

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

Q.İbadoğlu qeyd edib ki, hazırda neftin qiyməti ucuzlaşmaya daha çox meylli olsa da, o bir müddətdən sonra yenidən bahalaşa da bilər: "Devalvasiyaya gəlincə, əvvəlki təcrübədən bilirsiniz ki, bu qərarı Mərkəzi Bank verməlidir. Mərkəzi Bank malik olduğu 6,4 milyard dollarlıq valyuta ehtiyatları hesabına bu prosesi ləngidə bilər, lakin onun qarşısını ala bilməz. Odur ki, hesab edirəm ki, Mərkəzi Bank və ya Maliyyə Sabitliyi Şurası yaranmış vəziyyətlə bağlı həll planlarını özündə əks etdirən bəyanat verməlidir. Eyni zamanda bu açıqlamada digər banklara neqativ təsirləri azaltmaq üçün AtaBank müştərilərinin probleminin həlli yolunu da göstərməlidir. Ehtimallara görə, manatın devalvasiyası əvvəlki kimi kəskin olmayacaq, yumşaq formada aparılacaq. Çünki hazırda birmənalı şəkildə devalvasiya ehtimalını artıran iqtisadi və siyasi faktorlar fəaldır. Sadəcə bu zamana bağlı məsələdir. Odur ki, manatla olan əmanəti qorumağın 3 yolu vardır.

1.Manatla olan əmanəti dollara çevirmək, bu halda faiz gəlirlərinin fərqindən itkilərlə üzləşsələr də vəsaitlərini bəziləri tam və bəziləri isə qismən qoruya biləcəklər. Çünki bu dalğada da bağlanan və ya birləşən banklar olacaq.

2.Əmanətləri geri çəkib daha risksiz bazarlara sərmayə qoymaq. Məsələn, hazırda qızıla sərmayə daha etibarlı hesab olunur və yaxud da ucuzlaşan əmlak, mülk, torpaq almaq. Amma nəzərə alın ki, bu bazarlarda uğur qazanmaq üçün də sərmayəni düzgün zamanında yerləşdirmək və uzun müddətli dövrdə idarə etmək vacibdir. Bu bazarlardan qısa müddətli dövrdə qazanmaq mümkün deyil.

3.Geri çəkilən vəsaitləri dollarla bankların seyflərində saxlamaq. Bu variant daha sadədir, etibarlıdır, əlavə gəlir yaratmır, yalnız olan vəsaiti qorumağa xidmət edir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024