Uşaq bağçalarına qəbulda elektron sistemin tətbiqinə başlandı
Tarix: 02-03-2020 | Saat: 12:21
Bölmə:Manşet / Təhsil / Seçilənlər-5 | çapa göndər
Eldar Yunusovun rəhbərlik etdiyi Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi “Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”na müəssisə rəhbərləri tərəfindən əməl olunmasına nəzarəti effektiv şəkildə həyata keçirir
Məlum olduğu kimi, 2018-ci ilin yanvar ayından ölkəmizdə uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu yeni qaydalar əsasında həyata keçirilir. Təbii ki, Azərbaycan Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası” ilk növbədə vətəndaşların öz övladlarını uşaq bağçalarına yerləşdirmək xüsusunda qanuni hüquqlarının və bu sahədə maksimum şəffaflığın təmin edilməsini nəzərdə tutur. Artıq bu ilin yanvar ayından isə körpələr evi, körpələr evi-uşaq bağçası və uşaq bağçalarına qəbulda elektron sistemin tətbiqinə də başlanıb. Pilot layihə ilk öncə Bakının Nizami rayonunda tətbiq olunur.
Artıq dəfələrlə qeyd olunduğu kimi, dövlət məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətilə bağlı bu müəssisələrin avadanlıq və inventarlarla təchizatı, təlim-tərbiyə prossesi zamanı mövcud təlimatlara, tədris proqramlarının tələblərinə əməl olunmasının vəziyyəti, uşaqların qidalanması və ən əsası da bağçalara uşaqların qəbulunun şəffaf, neqativ hallara yol verilmədən aparılması kimi məsələlər uzun müddət ictimaiyyəti narahat edən məsələlərdən olub. 2012-ci ildə məktəbəqədər uşaq müəssisələrinin fəaliyyətinə nəzarət səlahiyyətləri Təhsil Nazirliyindən alınaraq icra strukturlarına verildikdən və bu nəzarəti effektiv şəkildə həyata keçirmək üçün Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yaradıldıqdan sonra, bu sahədə aşkar irəliləyişlər müşahidə olunmağa başladı. Eldar Yunusovun rəhbərlik etdiyi bu idarənin effektiv fəaliyyəti sayəsində son illər Bakı şəhərində məktəbəqədər uşaq müəssisələrinin işində nəzərə çarpan inkişafa nail olunmuşdur. Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əsas funksiyalarından biri tabeliyindəki dövlətə məxsus körpələr evlərində, uşaq bağçalarında, xüsusi uşaq bağçalarında, körpələr evi-uşaq bağçalarında, uşaq evlərində dövlət idarəçiliyini həyata keçirməkdir. Son bir neçə ildə formalaşmış ictimai rəyə görə də bu istiqamətdə idarənin rəhbərliyi tərəfindən aparılan işin effektivliyi kifayət qədər yüksəkdir. Artıq öz övladlarını dövlətə məxsus uşaq bağçalarına və digər məktəbəqədər uşaq müəssisələrinə etibar edən valideynlər də bu müəssisələrin fəaliyyəti üzərində dövlətin ciddi nəzarəti olduğuna tam əmindirlər.
Bu gün uşaq bağçalarında ərzaq problemləri, peşəkar personal çatışmazlığı, məişət yönümlü nöqsanlar və digər bu kimi problemlər demək olar ki, unudulmaq üzrədir. Eyni zamanda da bu gün məktəbəqədər uşaq müəssisələrində məhz təlim-tərbiyə prosesindən irəli gələn məqsəd və vəzifələrin icrası əvvəlki illərə nisbətən çox-çox daha üstün səviyyədə həyata keçirilir. Şübhəsiz ki, bütün bu uğurların əldə edilməsində Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəisi Eldar Yunusovun danılmaz xidmətləri var. Qeyd etmək istərdik ki, Eldar Yunusov cəmiyyətimizdə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilən, yüksək yaradıcılıq qabiliyyətinə malik olan, öz işini hər zaman dövlətə və ölkə rəhbərliyinə sədaqət prinsipləri əsasında quran bir ziyalı kimi tanınır. Məhz onun rəhbərliyi altında qurumun tabeliyindəki müəssisələrdə yeni bir inkişaf mərhələsi başlayıb. Artıq bu günün birinci sinif şagirdlərinin hazırlıq səviyyələri nəinki müasir tədris üsullarının tələblərinə uyğun gəlir, həm də bəzi hallarda bu uşaqlar öz yeni müəllimlərini yaxşı mənada heyrətləndirə də bilirlər. Bu günlərdə əməkdaşlarımız tərəfindən paytaxtın bir neçə orta məktəblərində, ibtidai sinif müəllimləri arasında keçirilmiş sorğunun nəticələri də bunu deməyə əsas verir. Belə ki, sorğuda iştirak edən müəllimlərin demək olar hamısı bu fikirlə tam razı olmuşdur ki, bu gün dövlət nəzdində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyətində təlim-tərbiyə işi kifayət qədər qənaətbəxş səviyyədə qurulub. Bu isə uşaqların məktəb proqramını daha rahat mənimsəmələrinə, tədris prosesində ləngimələrin minimuma endirilməsinə zəmin yaradır.
Bütün bunlarla yanaşı müasir texnologiyalar dövrü öz tələblərini bütün sahələrdə irəli sürməkdə davam edir. Artıq xəbər verildiyi kimi, bu ilin əvvəlindən Bakının Nizami rayonunda uşaqların uşaq bağçalarına qəbulu üçün elektron sistemin tətbiqini nəzərdə tutan pilot layihə start götürür. Toplanmış təcrübənin gələcəkdə elektron sistemin paytaxtın digər rayonlarında tətbiqi zamanı istifadə edilməsi planlaşdırılır.
Təbii ki, dövlətimiz tərəfindən istənilən bir sahədə həyata keçirilən hər növbəti layihə həmin sahənin daha sürətli inkişafına zəmin yaradır. Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəisi Eldar Yunusovun da öz müsahibələrinin birində qeyd etdiyi kimi, layihələrimizin uğurla həyata keçirilməsi gələcək nəsillərimizin təhsil nailiyyətlərinə müsbət təsir göstərəcək.
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024