Mobil versiya
Azad Rəhimov: Çalışırıq ki, idmançılarımızı koronavirusdan qoruyaq
Tarix: 27-02-2020 | Saat: 12:50
Bölmə:İdman | çapa göndər

Azad Rəhimov:


Gənclər və İdman naziri Azad Rəhimov koronavirusla bağlı Azərbaycan idmançılarının xarici ölkələrdə yarışlarda iştiraklarına məhdudiyyət qoyulması barədə məlumatlara aydınlıq gətirib.

Trend-in məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, hazırda koronavirusa görə hər hansı yarışda iştirakla bağlı heç bir məhdudiyyət qoymamışıq: “Hansı ölkələrdə təhlükə görürüksə, federasiyalarla birlikdə qərar qəbul edirik. Bu gün ölkələr özləri bu məhdudiyyəti qoyurlar. Buna misal olaraq İtaliyanı göstərmək olar. Bu gün İtaliyada bütün yarışlar ləğv olunub.

Çalışırıq ki, bu gün mövcud olan vəziyyətlə tanış olaq və idmançıları qoruyaq. Bildiyiniz kimi, 5 aydan sonra Tokio-2020 Olimpiya Oyunları keçiriləcək. Əsas vəziyyət ondan ibarətdir ki, biz idmançılarımızı qorumalıyıq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024