Mobil versiya
Kürdəmirlilər Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər - FOTOLAR
Tarix: 26-02-2020 | Saat: 12:47
Bölmə:Ölkə | çapa göndər

Kürdəmirlilər Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər



Fevralın 26-da rayonun Heydər Əliyev Mərkəzində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən törədilmiş Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş ümumrayon tədbiri keçirilib.

Tədbirdən əvvəl Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Mərkəzin Sərgi salonunda təşkil edilən “Xocalı soyqırımı uşaqların gözü ilə” mövzusunda rəsmlərə, əl işlərinə və kitablardan ibarət sərgiyə baxıblar.

Sonra Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov rayonda müvəqqəti məskunlaşan Xocalı sakinləri ilə görüşdü, onların qayğı və problemləri ilə maraqlandı. İcra Başçısı xalqımızın son iki əsr ərzində erməni millətçiləri tərəfindən dəfələrlə soyqırıma məruz qaldığını, azərbaycanlıların növbəti belə faciə ilə 28 il əvvəl Xocalıda üzləşdiyini bildirdi. Ceyhun Cəfərov vurğuladı ki, yalnız Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra bu məsələyə prinsipial şəkildə yanaşmış, soydaşlarımıza qarşı qəddarcasına törədilən dəhşətli qətliama məhz Ümummilli Liderimizin qətiyyəti sayəsində obyektiv hüquqi-siyasi qiymət verilmişdir. Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, 1994-cü ilin fevralında Milli Məclis bu faciəyə hüquqi qiymət vermişdir. Hazırda dünyanın hər yerində Xocalı faciəsinin tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycan Respubikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmiş və Xocalı faciəsini tanımışlar. Dünyada Xocalı faciəsi Pakistan, Sudan, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Hersoqovina, Peru, Honduras, İordaniya və s. kimi dövlətlər, ABŞ-ın 21 ştatı və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən soyqırım kimi tanınmışdır. Dünyanın hər yerində Xocalı faciəsinin tanınması ilə əlaqədar işlər davam edir. Bunlardan“Xocalıya ədalət!” kompaniyasını xüsusilə qeyd etmək lazımdır. “Xocalıya ədalət!” kompaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılıb. Kompaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. Bu günədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. “Xocalıya ədalət!” kompaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb.

Tədbir iştirakçıları Kürdəmir şəhər 1 saylı tam orta məktəbinin şagirdlərinin hazırladığı “Xocalı harayı” adlı kompozisiyasına tamaşa ediblər.

Mərasimin sonunda Xocalı sakini Elmar Şahverənov çıxış edərək tədbirin hazırlanmasında əməyi keçən hər bir şəxsə, məktəblilərə və onlara hər zaman qayğı ilə yanaşan kürdəmirlilərə öz minnətdarlıqlarını bildirdi.

aia.az














Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024