Mobil versiya
Elnur Nağızadə haqda sənədlər Korrupsiya İdarəsinə göndərilib
Tarix: 19-02-2016 | Saat: 13:42
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər


“Mən Elnur Nağızadənin fəaliyyətinə münasibətimi hələ ötən ilin noyabrında bildirmişəm və onu işdən azad etmişəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə APA-ya açıqlamasında deyib. M. Abbaszadə bildirib ki, Elnur Nağızadə əmək məzuniyyətindən qayıtdıqdan sonra işdən çıxarılıb: “Bu ilin yanvarında isə iki nəfər onunla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət edib. Biz xidməti araşdırma aparmışdıq. Həmin şikayətlərin TQDK-nın fəaliyyətinə heç bir aidiyyəti yoxdur”.

M. Abbaszadə bildirib ki, E. Nağızadə ilə bağlı sənədlər Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasına göndərilib: “Onunla bağlı bütün sənədləri Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasına göndərmişik. Biz TQDK olaraq maraqlıyıq ki, onun qanuni və ya qeyri-qanuni fəaliyyəti ilə bağlı məsələlər araşdırılsın. Lakin Elnur Nağızadənin fəaliyyəti TQDK-nın işinə, komissiyanın daxilindəki proseslərə heç bir təsir göstərməyib. Bilirsiniz ki, o yalnız komissiyanın mətbuat katibi olub”.

Qeyd edək ki, bir neçə gün öncə yayılan məlumata görə, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

E. Nağızadə isə hazırda xaricdə olduğunu deyərək, bütün ittihamları rədd edib.

Qeyd edək ki, Elnur Nağızadə 2005-ci ildən TQDK-da çalışıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024