Mobil versiya
Nigar Köçərli Baş Prokurorluğa dəvət olundu
Tarix: 19-02-2016 | Saat: 11:22
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Nigar Köçərli Baş Prokurorluğa dəvət olundu
O, Rüstəm Usubovla görüşəcək.

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Azərbaycan Baş Prokurorluğuna dəvət edilib.

Aia.az -ın xəbərinə görə, bu barədə N.Köçərli özü məlumat yayıb.

N.Köçərli bildirib ki, bu gün baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşəcək.

Qeyd edək ki, 2015-ci ilin sentyabrında “Əli və Nino”nun ofisindən 13 min manat pul oğurlanıb. Lakin indiyədək oğrular tapılmayıb.

Bu həftə N.Köçərli Nəsimi rayon Polis İdarəsinə çağırılıb. Oradan çıxdıqdan sonra isə polislər tərəfindən təhqir edildiyini bildirib. DİN-in mətbuat xidməti bunu təkzib edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024