Ana Sayfa > Gündəm / Manşet / Karusel > Nigar Köçərli Baş Prokurorluğa dəvət olundu
Nigar Köçərli Baş Prokurorluğa dəvət olundu19-02-2016, 11:22. Yazar: admin |
O, Rüstəm Usubovla görüşəcək. “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Azərbaycan Baş Prokurorluğuna dəvət edilib. Aia.az -ın xəbərinə görə, bu barədə N.Köçərli özü məlumat yayıb. N.Köçərli bildirib ki, bu gün baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşəcək. Qeyd edək ki, 2015-ci ilin sentyabrında “Əli və Nino”nun ofisindən 13 min manat pul oğurlanıb. Lakin indiyədək oğrular tapılmayıb. Bu həftə N.Köçərli Nəsimi rayon Polis İdarəsinə çağırılıb. Oradan çıxdıqdan sonra isə polislər tərəfindən təhqir edildiyini bildirib. DİN-in mətbuat xidməti bunu təkzib edib. Geri dön |