Mobil versiya
Ucar sakini ondan rüşvət istənildiyini deyir... - 36-saylı TSEK-dən şikayət
Tarix: 9-07-2015, 13:49 | Saat: 15:47:00
Bölmə:Gündəm / Karusel | çapa göndər

Ucar sakini ondan rüşvət istənildiyini deyir... - 36-saylı TSEK-dən şikayət

Ucar sakini ondan rüşvət istənildiyini deyir...
Aia.az xəbər verir Ucar rayonu Rəstəcə kəndi sakini İsayeva Kəmalə Ağasəlim qızı DİA.AZ-a şikayət ərizəsi ilə müraciət edib. Həmin müraciəti olduğu kimi təqdim edirik:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 36 saylı Tibbi Sosial Ekspert Komissiyasının müdiri Emil Kamilov və oranın əməkdaşı Talıb Məcidov məndən istədikləri 1000 manat rüşvəti verməyə imkanım olmadığımdan qanunsuz olaraq əlillik dərəcəmi ləğv ediblər. Artıq komissiya adı ilə 1 ildən çoxdur ki, sənədlərimi alıb saxlayıb pulu gözləyirlər. Digər Tibbi Sosial Ekspert Komissiyalarında mənim kimi həqiqətən əmək qabiliyyətini itirmiş xəstələrə hörmət edilib rüşvət almadan əlillik dərəcəsi təyin edilsədə 36 saylı TSEK-də bu mümkün deyil.Burada tam sağlam adamlar rüşvət verib əlillik dərəcəsi ala bilirlər. Mənim kimi rüşvət verməyə imkanı olmayan həqiqətən əmək qabiliyyətini itirmiş əsil xəstələr isə belə süründürməçiliklərə məruz qalıblar.

1990-cı il tarixdə evimizdə çörək bişirən zaman qaz peçinin partlaması nəticəsində ağır dərəcəli yanıq xəsarəti almışam.Buna görə 2- il Xəstəxanada stasionar müalicə olunmuşam. Bədənimin 80 % ağır dərəcədə yanıb.Damarlarımın çox hissəsi yandığı üçün hərəkət qabiliyyətim məhdudlaşıb, həmçinin danışanda belə çətinlik çəkirəm.Əmək qabiliyətimi itirdiyim üçün mənə 2-ci qrup əlillik dərəcəsi təyin edildi və buna görə müavinət alırdım.Aldığım pul dava-dərmanıma güclə çatırdı. Keçən il əlillik dərəcəmin təyin edilməsi üçün təkrar həkim komissiyasından keçirilmə adı ilə 36 saylı TSEK-in həkimi Talıb Məcidov sənədlərimi aldı baxdı və mənə dediki 1000 manat verməsən sənə növbəti dəfə əlillik dərəcəsi təyin edə bilməyəcəyik".

Narazı vətəndaş daha sonra dia.az-a yazır: "Mən buna görə 36-saylı TSEK-nın baş həkimi Emil Kamilovun qəbulunda oldum dedim bəlkə rəhimi gəlib ciddi xəstə, həqiqi əlil olmağımı nəzərə alıb qanunu qaydada qərar çıxardar.Ancaq çox təssüf olsun ki, Emil həkim işçisinin dediyi sözü təkrarlayıb 1000 manat verməli olacağımı çəkinmədən açıq-aşkar dedi. İndi isə çox çıxılmaz vəziyyətdə qalmışam. Həqiqətən əmək qabiliyyətimi itirib əsil xəstə olmağıma baxmayaraq istədikləri rüşvəti verə bilmədiyim üçün bir ildir ki, sənədlərimi saxlayıb məni süründürməçiliyə məruz qoyublar.Bunu Allah da götürməz, ancaq bu zülümü mənə korrupsiyaya qurşanmış və korrupsiya şəbəkəsi yaratmış 36 saylı TSEK-ı mənə yaşadır. 36 saylı TSEK-nın bu korrupsiya əməlləri barədə Prezidentə, Mehriban xanıma və digər aidiyyatı orqanlara şıkayət ərizələri ilə müraciət etmişəm.

Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Korrupsiyay Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə , Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova müraciət edirəm ; hörmətli insanlar and olsun Allaha mən həqiqətən əmək qabiliyyətimi itirmişəm əsil xəstəyəm anacq uzun illər buna görə 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdi və uzun illər müavinət alırdım.Səhhətim dahada ağırlaşdığı halda əlillik dərəcəmi ləğv etdilər.Nədi ki, istədikləri rüşvəti verməyə imkanım olmadı , xəstənin hansı maddi imkanı olar ki, rüşvət versin? Sizdən xahiş edirəm müraciətimi araşdırıb 36-saylı TSEK-nın rüşvətxor həkimləri barədə ciddi tədbirlər görəsiniz. İnanıram ki, 36 saylı TSEK-in korrupsiyaya qurşanmış müdiri Emil Kamilovun və əməkdaşı Talıb Məcidovun barəsində qanunu tədbirlər görəcəksiniz".

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq... DİA.AZ:



5725 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-11-2019
19-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930