Mobil versiya
Prezident Emoməli Rəhmonla görüşdü - Video
Tarix: 14-10-2026 | Saat: 22:11
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezident Emoməli Rəhmonla görüşdü - Video


Oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb.

“aia.az” xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Söhbət zamanı iki ölkə arasında dostluq münasibətlərindən məmnunluq ifadə olundu, çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi imkanları barədə fikir mübadiləsi aparıldı.

Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi, eyni zamanda, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olundu.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-10-2026