Mobil versiya
Aygün Süleymanlı üçün yaddaş kitabçası
Tarix: 31-01-2020 | Saat: 15:17
Bölmə:Manşet / Gündəm | çapa göndər

Aygün Süleymanlı üçün yaddaş kitabçası



Seçki kampaniyasının gedişində uğradığı fiasko bu deputatlığa namizəd xanımın kafasını elə qarışdırıb ki, artıq ona bəzi mətləbləri xatırlatmağın əsil vaxtıdır


1. Aygün Süleymanlı, fb səhifənizdə yazmısınız ki, seçicilərinizlə görüşüb onları ölkədə seçki prosesinin olduğuna, islahatların aparıldığına inandırmağa çalışırsız. Bununla nə demək istəyirsiz? Yəni ölkədə gedən islahatları, baş verən dəyişiklikləri sizdən başqa görən yoxdur? Yoxsa onların həqiqiliyinə heç kim inanmır? Bir sizdən başqa... Deyin, xalqı bu qədər aşağılamağa sizə kim icazə verib? Yadda saxlayın, bütün xalqımız da, o cümlədən sizin namizədliyinizi irəli sürdüyünüz dairənin seçiciləri də hər şeyi yaxşı görürlər. Həm də sizdən fərqli olaraq, onlar bu islahatların həyata keçirilnəsində yaxından iştirak edirlər. Siz bunu görmədiyiniz halda, kimi nəyə inandırmağa çalışdığınızı iddia edirsiz?

2. Aygün Süleymanlı, deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyaları onlardan bəzilərinin öz cılız ambisiyalarını təmin etmələri üçün keçirilmir. Əgər siz seçicilərinizin rəğbətini qazana bilmirsinizsə, keçirdiyiniz görüşlərə 15-20 nəfər qohum-əqrəbadan başqa kimsə gəlmirsə bu, o demək deyil ki, sizin daha uğurlu opponentlərinizə qarşı cinayət işi açılmalıdır. Və əgər dövlət də belə bir addım atmırsa (təbii ki, atmayacaq) bu, o demək deyil ki, ölkədə qanunlar işləmir. Sizin hələ namizəd ikən bu yolla dövləti şantaj etməyə qalxmanız isə, deputat olacağınız halda (şükürlər olsun ki, belə bir hal da gözlənilmir) nələrə əl ata biləcəyinizdən xəbər verir.

3. Aygün Süleymanlı, unutmayın ki, sizin səs almaq üçün müraciət etdiyiniz insanlar Zabrat, Bilgəh, Maştağa və Nardaran sakinləridirlər. Bu kəndlərdə isə hər zaman böyük-kiçik yeri bilinib, ədəbli, tərbiyəli insanlara dəyər verilib. Sizin yazılarınızda gen-bol yer ayırdığınız ədəbsiz, jarqon ifadələriniz isə çətin ki, sizə başucalığı gətirsin.

4. Aygün Süleymanlı, özünüzdən bu qədər razı olmayın. Həyatınızda ilk dəfə bir seçici qapısı döymüsüz və iddia edirsiz ki, həmin insanın üzündə sayılmaqdan bir xoşbəxtlik ifadəsi gördünüz. Yəni deməyiniz bu anlama gəlir ki, bu insanların indiyədək qapısını döyən, onları sayan-sevən bir kimsə olmayıb? Xanım, siz təsadüfən ünvanı səhv salıb kimsəzilər pansionatının qapısını döyməmisiniz ki? Yox, onda nəsə yazmağa başlayanda əvvəlcə bir yaxşı-yaxşı götür-qoy edin. Söhbət Bakı kəndlərindən gedirsə, bu insanların hər zaman qapılarını açanları da olub, qulluqlarında duranları da. Və bu yönümdə onların ən az ehtiyac duyduqları bir nəfər varsa, o da sizin kimi mənsəb hərisliyinə düçar olnuş bir namizəddir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024