Mobil versiya
ABŞ səfirliyindən Cenevrə danışıqları barədə AÇIQLAMA
Tarix: 31-01-2020 | Saat: 10:43
Bölmə:Siyasət | çapa göndər

ABŞ səfirliyindən Cenevrə danışıqları barədə



ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin (Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan) Cenevrədə keçirilən danışıqları ilə bağlı açıqlama yayıb.

Oxu.Az-ın məlumatına görə, səfirliyin “Twitter” hesabında yazılıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Cenevrədə Ermənistan və Azərbaycanın Xarici İşlər nazirləri ilə görüşdülər.

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində kömək etmək üçün qətiyyətli olaraq qalır”, - deyə bildirilib.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Cenevrə danışıqları ilə bağlı bəyanat yayıb.

Bildirilib ki, üç gün davam edən intensiv müzakirələr zamanı həmsədrlər və nazirlər həm birlikdə, həm də ayrı-ayrılıqda görüşüb, fikir mübadiləsi aparıblar.

Danışıqlarda ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov, fransalı həmsədri Stefani Viskonti və amerikalı həmsədri Endryu Şofer iştirak edib. Daha sonra müzakirələrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də qoşulub.

Üç gün davam edən intensiv müzakirələr zamanı həmsədrlər və nazirlər gündəliyin aşağıdakı maddələrini müzakirə ediblər:

2019-cu ildə müzakirə olunan razılaşma və təkliflərin icrası və əhalini sülhə hazırlamaq üçün mümkün addımlar;

Gələcəkdə birgə yaşayışın əsasını təşkil edən prinsiplər və elementlər;

Nizamlama prosesinin irəliləməsinin vaxtı və gündəliyi.

Nazirlər yaxın vaxtlarda həmsədrlərin iştirakı ilə yenidən görüşməyə razılıq veriblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024