Mobil versiya
ABŞ İraqa zərbələr endirdi: 25 ölü, 51 yaralı var
Tarix: 30-12-2019 | Saat: 10:05
Bölmə:Dünya | çapa göndər

ABŞ İraqa zərbələr endirdi:

ABŞ Silahlı Qüvvələrinin İraqa endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə zamanı 51 nəfər yaralanıb.

"35 və 36-cı briqadaların mövqelərinə amansızcasına hücum nəticəsində 25 nəfər ölüb, 51 nəfər yaralanıb. Bir sıra yaralıların vəziyyətinin ağır olması qurbanların sayının arta biləcəyini istisna etmir", - məlumatda deyilir.

Daha əvvəl İraqın “Əl-Haşd əl-Şaabi” komandanlığı Birləşmiş Ştatların hərbi bazasının pilotsuz uçuş aparatları tərəfindən açılan atəş nəticəsində onlarla döyüşçüsünün öldürüldüyünü və onlarla insanın yaralandığını bildirib.

Pentaqon rəhbərinin köməkçisi Conatan Hoffman isə bəyan edib ki, “Kataib Hizbullahın” qruplaşmasının İraq bazalarına etdiyi hücumlara cavab olaraq İraq və Suriyadakı beş “Hizbullah” hədəfinə hücum edilib. Pentaqon rəsmisi qeyd edib ki, zərbələr qrupun koalisiya qüvvələrinə qarşı gələcəkdə hücum imkanlarını azaltmaq məqsədi daşıyır.

İraq mediasının yaydığı məlumata görə, keçid hökumətinin başçısı Adel Abd əl-Mehdi ABŞ-ın hücumları ilə əlaqədar ölkənin Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Keçmiş nəqliyyat naziri Hadi əl-Amirinin başçılıq etdiyi Əl-Fəth bloku ABŞ zərbələrindən sonra parlamenti bütün xarici qüvvələrin ölkədən çıxarılması üçün təcili qərar verməyə səsləyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024