FHN-dən əhaliyə Yeni il XƏBƏRDARLIĞI
Tarix: 27-12-2019 | Saat: 10:36
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır.
Fövqəladə Hallar Nazirliyindən (FHN) aia.az-a verilən məlumata görə, bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:
- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
- ağac tezalışan oyuncaqla bəzədilməməli;
- qapalı məkanda atəşfəşanlıq edilməməlidir;
- Bayram şənliyində bunlar nəzərə alınmalıdır:
- şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;
- şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
- pəncərədə dəmir barmaqlıq olmamalı;
- məkanın iki çıxışı olmalı;
- ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;
- otağın qapıları mütləq bayıra açılmalı;
- məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
- şənlikdə işıq tam söndürülməməli;
- şənliyə tezalışan materialdan paltar geyinilməməli;
- məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-03-2025
28-02-2025