Ana Sayfa > Karusel / Gündəm > FHN-dən əhaliyə Yeni il
FHN-dən əhaliyə Yeni il27-12-2019, 10:36. Yazar: sevinc1 |
![]() Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Fövqəladə Hallar Nazirliyindən (FHN) aia.az-a verilən məlumata görə, bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir: - evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı; işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli; - ağac tezalışan oyuncaqla bəzədilməməli; - qapalı məkanda atəşfəşanlıq edilməməlidir; - Bayram şənliyində bunlar nəzərə alınmalıdır: - şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli; - şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı; - pəncərədə dəmir barmaqlıq olmamalı; - məkanın iki çıxışı olmalı; - ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı; - otağın qapıları mütləq bayıra açılmalı; - məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı; - şənlikdə işıq tam söndürülməməli; - şənliyə tezalışan materialdan paltar geyinilməməli; - məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin! aia.az Geri dön |