Mobil versiya
“Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm” - Çin lideri
Tarix: 23-12-2019 | Saat: 15:43
Bölmə:Siyasət | çapa göndər

“Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm” -

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

aia.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Son illər Çin-Azərbaycan münasibətləri yüksək dinamika ilə inkişaf edir və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığımız genişlənir.

Cari ilin aprel ayında keçirilən ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu ərəfəsində Sizinlə keçirdiyim görüş zamanı ikitərəfli əlaqələrimiz və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı vacib razılaşmalar əldə etmişik. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verir, birgə səylərimizlə xalqlarımızın rifahı naminə dostluq və əməkdaşlıq münasibətlərimizin yeni mərhələyə yüksəlməsini arzu edirəm.

Sizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər diləyirəm".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024