Mobil versiya
Vüqar Bayramov deputatlığa namizəd oldu
Tarix: 23-12-2019 | Saat: 12:27
Bölmə:Siyasət | çapa göndər

Vüqar Bayramov deputatlığa namizəd oldu


"Gələn il fervalın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 84 saylı Füzuli Seçki Dairəsindən iştirak etməyə qərar verdim. Bu məqsədlə dünən sənədlərimi seçki dairəsinə təqdim etdim".
Azvision.az xəbər verir ki, bunu iqtisadçı-alim Vüqar Bayramov deyib. O, bildirib ki, bugünədək qurucusu və rəhbəri olduğu İqtisadi və Sosial İnkişaf Mərkəzinin xətti və iqtisadçı həmkarlarının dəstəyi ilə hazırladıqları çoxsaylı təkliflər və iqtisadi mexanizmlər müvafiq dövlət qurumları tərəfindən qəbul edilərək icra olunub.

"Düşünürəm ki, ölkəmizdə və uzaq ABŞ-da aldığım təhsilin, iqtisadi proqram və mexanizmlərin hazırlanması sahəsində qazandığım təcrübənin verdiyi imkanlardan xalqımın rifahı və firavanlığı naminə yeni formalaşacaq parlamentin gücünə güc qatmaqla daha səmərəli istifadə edə bilərəm.

Doğulduğum, boya-başa çatdığım, sadəliyi və mərdliyi ilə həmişə qürur duyduğum Füzuli camaatının məni dəstəkləyəcəyinə dərin inamla bu marafona qoşulur və namizədliyini elan edən hər kəsə uğurlar arzulayıram", -deyə Vüqar Bayramov qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024