Mobil versiya
İmişlidə meliorativ tədbirlər vaxtında həyata keçirilir
Tarix: 10-12-2019 | Saat: 12:41
Bölmə:Manşet / Ölkə / Seçilənlər-1 | çapa göndər

İmişlidə meliorativ tədbirlər vaxtında həyata keçirilir




Allahverdi Əliyevin rəhbərlik etdiyi Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin fəaliyyəti regionda heyvandarlığın inkişafı baxımından böyük əhəmiyyət kəsb edir

Bu gün Azərbaycanda gedən dinamik iqtisadi inkişaf, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən mütərəqqi reformalar və bu zəmində yaranan yeni perspektivlər hər birimizi öz sahəsində daha səmərəli çalışmağa sövq edir. Biz mətbuat işçilərinin də üzərinə düşən əsas vəzifələrdən biri ölkəmizdə gedən prosesləri obyektiv olaraq işıqlandırmaq, eyni zamanda da həyata keçirilən dövlət islahatlarının effektiv icrası yönümündə daha böyük səylə çalışan kollektivlərin işini bir örnək olaraq təbliğ etməkdir. O cümlədən, bu gün ölkəmizdə aqrar sektorun inkişafı və bu zəmində ərzaq təhlükəsizliyi konsepsiyasının icrası işinə öz dəyərli tövhələrini verən əmək kollektivlərindən biri də Allahverdi Əliyevin rəhbərlik etdiyi Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsidir.



Su ehtiyatlarının idarə olunması yüksək peşəkarlıqla həyata keçirilir

Bu gün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından istifadənin səmərəliliyini artırmaq, torpaqların meliorasiyası və irriqasiyası ilə bağlı işlərin təşkilini yaxşılaşdırmaq kimi funksiyaları uğurla həyata keçirməkdədir. Ötən illərdə olduğu kimi 2018-ci ildə də ASC tərəfindən bir sıra uğurlu layihələr işlənib həyata keçirilib. Belə ki, ötən il Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınan torpaq mühafizə bəndlərinin 133 km-lik hissəsində möhkəmləndirmə işləri görülüb və 3890,0 kbm həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri yerinə yetirilib. Suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 62,0 mln.kbm həcmində lildən təmizləmə işləri görülüb, 5837 hidrotexniki qurğu, 5203 subartezian quyusu, 276 nasos stansiyası təmir edilib. Çay məcralarında 17,2 mln.kbm həcmində məcratəmizləmə işləri aparılıb, 10,3 min kbm şax-daş və faşın, 2,9 min kbm qabion bəndlər quraşdırılıb və daş-beton bəndlərdə 18,4 min kbm həcmində təmir işləri yerinə yetirilib. Görülən tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə tam təmin edilib. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1392,8 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarılıb. 2018-ci il ərzində bütün mənbələrdən olan vəsaitlər hesabına 16 ədəd yeni və 28 ədəd keçid obyektlərində layihələndirmə, əsaslı tikinti-quraşdırma, yenidənqurma və bərpa işləri görülüb.
Təbii ki, üzərinə düşən vəzifələri səmərəli şəkildə icra edə bilmək üçün ASC-nin tərkibində bir çox tabe qurumlar, struktur bölmələri və digər təsisatlar yaradılmışdır. Bunlardan Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Suvarma sistemləri idarələri, Kollektorların istismar idarələri, Meşə meliorasiya idarələri, Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Meliorasiya idarələri, Mexaniki suvarma idarələri, Qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələri, Subartezian quyularının istismarı idarələri, Melioservis idarələri və bir çox digər ixtisaslaşmış idarələr bilavasitə yerlərdə suvarılan torpaqların su ilə təminatını və bununla bağlı çoxşaxəli servis xidmətlərini həyata keçirirlər. O cümlədən, ASC-nin tərkibində fəaliyyəti yüksək səmərəliliyi ilə seçilən qurumlardan biri də İmişli rayonu, Aranlı kəndi ərazisində yerləşən Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsidir.



Qış otlaqlarının su təminatında heç bir problem yaşanmır

Qeyd etdiyimiz kimi, aqrar sahədə stabil yüksək göstəricilərə nail olmaq üçün vaxtında və effektiv şəkildə yerinə yetirilməsi tələb olunan əsas işlərdən biri də torpaqların suvarma suları ilə təmin olunmasıdır. Bu funksiyalar isə birbaşa olaraq suvarma sistemləri idarəsinin fəaliyyət dairəsinə aid olan vəzifələrdir. Məhz elə bu baxımdan da Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir. 1971-ci ildən fəaliyyət göstərən bu idarənin balansında hazırda120 min hektar otlaq sahəsi vardır ki, bunun da 65 min hektarında qışlayan heyvanlar su ilə təmin edilir. Mərkəzi Muğan Qışlaqlarının Su Təminatı Sistemləri İstismar idarəsi tərəfindən otlaqlarda heyvanların suvarılması üçün hər il olduğu kimi cari ildə də bütün lazımi işlər görülüb. Otlaqların daimi su ilə təminatı üçün ərazidə 400 kilometrdən çox uzunluqda su şəbəkəsi mövcuddur. Sistem üzərində 500-dən artıq hidroqurğu fəaliyyət göstərir. Suvarma sistemi ərazidə yerləşən 5 min kubmetrlik anbardan yararlanır. Bu anbarı su ilə təmin etmək üçün bir neçə artezian və subartezian quyularından istifadə olunur. Qurğuların fasiləsiz və keyfiyyətli işləməsi üçün idarə tərəfindən bütün lazımi tədbirlər görülür. Müəssisə otlaqlarda bəslənilən 140 min başdan artıq heyvanı su ilə təmin edir. Hidroqurğular hesabına qış otlaqlarına mütəmadi olaraq suyun öz axını ilə verilməsi həyata keçirilir. Bu da, öz növbəsində, ərazidə heyvandarlıqla məşğul olan sakinlərin işlərini asanlaşdırır. Rayon sakinlərinin, xüsusilə də təsərrüfat sahiblərinin ümumi rəyinə görə Allahverdi Əliyevin rəhbərlik etdiyi Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Buna görə də idarənin göstərdiyi xidmətlərdən müəssisənin əhatə dairəsində fəaliyyət göstərən bütün fermerlər, otlaq sahələrindən mütəmadi istifadə edən heyvandarlar, şəxsi təsərrüfat rəhbərləri və ümumiyyətlə su istifadəçiləri razılıq edirlər. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, idarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin hər zaman saz vəziyyətdə saxlanması daim diqqət mərkəzindədir. Çünki idarənin özünün də fəaliyyət səmərəliliyini yalnız bu yolla təmin etmək olar. Həmçinin idarənin işi ilə bağlı təqdim olunan açıqlamalarda bildirilir ki, torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi mütəmadi olaraq təmizlənir, yüksəktəzyiqli boru kəmərlərinin, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir, suvarma sistemlərinin lildən təmizlənmə işləri vaxtlı-vaxtında görülür.




Biz də Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin bütün kollektivinə və şəxsən Allahverdi Əliyevə onların bu çətin və şərəfli işlərində yeni-yeni nailiyyətlər diləyirik

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024