Mobil versiya
Bakının ən böyük Yeni il yolkasının yeri dəyişdirildi
Tarix: 9-12-2019, 17:29 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

Bakının ən böyük Yeni il yolkasının yeri dəyişdirildi


Qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il bayramı ilə əlaqədar paytaxt Bakıda quraşdırılacaq ən böyük Yeni il yolkasının qurulacağı yer məlum olub.

Bu barədə aia.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən məlumat verilib.

Məlumata görə, Bakının müxtəlif yerlərində yolkalar quraşdırılacaq: "Rayon icra hakimiyyətləri tərəfindən yeni il yolkaları Bakıdakı park və istirahət mərkəzlərində quraşdırılacaq. Bakının ən böyük yolkası isə bu dəfə Azneft dairəsində qurulacaq. Həmin yolkanın hündürlüyü 34 metr olacaq. Yolkaların quraşdırılmasına dekabrın 15-dən start veriləcək".

Xatırladaq ki. ötən il Bakının ən böyük yeni il yolkası paytaxtın Azadlıq meydanında quraşdırılmışdı. Yolkanın hündürlüyü 37 metr diametri isə 16 metr idi.

aia.az



5134 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-01-2020
24-01-2020
«    Январь 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}