Albert Aqarunova ucaldılan heykəlin açılış tarixi bəlli oldu
Tarix: 08-11-2019 | Saat: 17:53
Bölmə:Ölkə | çapa göndər
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan abidənin rəsmi açılış tarixi məlum olub.
Nərimanov Rayon İcra Hakimiyyətindən (RİH) aia.az-a verilən məlumata görə, Albert Aqarunova ucaldılan heykəlin rəsmi açılışı noyabrın 15-ə gözlənilir. Saat 13:00-da nəzərdə tutulan açılış mərasimində, RİH başçısı və digər rəsmi şəxslər iştirak edəcəklər.
Qeyd edək ki, heykəl Nərimanov rayonunda Milli Qəhrəmanın adına olan küçədə ucaldılıb və abidə sentyabr ayından artıq hazırdır. Heykəlin kompozisiyası tanınmış heykəltaraş Ömər Eldarova məxsusdur.
Xatırladaq ki, A.Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikasını məhv edib.
A.Aqarunov 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.
Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Bu il şəhidin 50 illik yubileyidir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər