Mobil versiya
Əli Əhmədov: Bayraq xalqın qürur mənbəyi, özünütanıma və özünüifadə formasıdır
Tarix: 08-11-2019 | Saat: 14:13
Bölmə:Siyasət | çapa göndər

Əli Əhmədov:


Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov Azərbaycan xalqını 9 noyabr Bayraq Günü münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, təbrikdə deyilir: “Noyabr ayının 9-da Azərbaycanda bayraq günü qeyd edilir. Bayraq dövlətin rəmzi, müstəqilliyin atributudur. Bayraq, habelə xalqın qürur mənbəyi, onun özünütanıma və özünüifadə formasıdır.

Hər bir Azərbaycan vətəndaşı dövlətimizin bayrağı ilə fəxr edir, onu sevir və uca tutur. İndi bayrağımız dünyanın müxtəlif yerlərində mötəbər məclislərdə, idman yarışlarında dalğalanır.

Bayraq günü münasibətilə hər birinizi təbrik edir, xalqımıza əmin-amanlıq, ölkəmizə daha böyük tərəqqi və yüksəliş arzulayıram”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024