Mobil versiya
Elçin Quliyev və Xanlar Vəliyev Ermənistanla sərhəddə - FOTO
Tarix: 08-11-2019 | Saat: 10:35
Bölmə:Manşet / Gündəm | çapa göndər

Elçin Quliyev və Xanlar Vəliyev Ermənistanla sərhəddə -


Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev və Azər­baycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ermənistanla dövlət sər­hə­dinin mühafizə və müda­fiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələ­rinə səfər edib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Səfər çərçivəsində əlahiddə sərhəd diviziyasının struktur qurum­larının xidməti-döyüş fəaliyyəti yoxlanılmış, sərhəd döyüş mən­təqələ­rində şəxsi heyətlə görüşülüb, xidməti və yaşayış şərait­lə­rinə baxış keçirilib.

Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti, dövlət sər­hədində zəruri sərhəd mühafizə və müdafiə infra­struk­tu­runun yara­dıl­ması məqsədilə görü­lən işlərlə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yük­səldilməsi, dövlət sər­hədi­nin toxunul­mazlığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmlən­diril­məsi, hü­quqi maarifləndirmənin gücləndirilməsi istiqamətin­də zəruri tapşı­rıqlar verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5197 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}